Accessibility links

Cənub-şərqi Asiya hökumətləri insan qaçaqçılarının bərədə tərk etdikləri miqrant və qaçqınları ölkələrinə qəbul etmək istəmədiklərini bildirir. Bu, humanitar böhranı daha da dərinləşdirir.

Miqrant və qaçqınların pənah gətirdikləri Malaziya, İndoneziya və Tailand rəsmiləri ümidsiz mühacirlərə görə məsuliyyət daşımadıqlarını deyir.

Buna baxmayaraq bu həftənin əvvəli İndoneziya hökuməti hərbi dəniz donanmasının xilas etdiyi yüzlərlə mühaciri ərzaq və sığınacaqla təmin edib.

BMT-nin qaçqınlar üzrə agentliyi bərədəki mühacirlərə yardım etmək üçün bu həftə beynəlxalq axtarış və xilasetmə əməliyyatlarına başlanması üçün müraciət edib.

Bu qaçqınlar irimiqyaslı insan qaçaqmalçılığı kampaniyasının qurbanlarıdır. Qonşu ölkələrdə iş vəd edildikdən sonra onların əksəriyyəti ya girov götürülür, ya da qul bazarlarında satılır.

XS
SM
MD
LG