Accessibility links

Milad Balisini: Hakimiyyətə yaxın olmayan tələbələrə qarşı basqılar var [Audio-Müsahibə]


Milad Balisini
Milad Balisini

Şərqi Azərbaycan vilayəti Marağa Universitetində redaktoru olduğu türkcə-farsca Elin adlı tələbə dərgisində fəaliyyətləri ilə əlaqədar bir müddət təhsildən uzaqlaşdırılmış Milad Balisini Amerikanın Səsinə müsahibədə İranda tələbə dərgiləri və dərnəklərinin üzləşdiyi məhdudiyyətləri şərh edib.

Milad Balisini tələbələrin üzləşdiyi basqılar haqda danışır
please wait

No media source currently available

0:00 0:16:44 0:00

Marağa Universitetində fəaliyyət göstərən Azərbaycan Tanıtım Ocağı tərəfindən 2010-cu ildən bəri yayımlanan Elin dərgisinin nəşrinə 2015-ci ildə bir illik qadağa qoyulub və dərginin direktoru Milad Balisini isə bir müddət təhsildən uzaqlaşdırılıb. Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan Balisininin sözlərinə görə, rəsmilər hazırda yenə də dərginin yayılmasını dayandırmaq istəyirlər.

Elin dərgisi
Elin dərgisi

“Mən 9-cu saydan etibarən dərginin sorumlu müdiri oldum. 9-cu say yayıldıqdan sonra nəşr bir il dayandırıldı və mən dərginin sorumlu müdiri olaraq bir dönəm təhsildən uzaqlaşdırıldım və universitet tarixcəmdə ‘yazılı töhmət’ də dərc edildi,” deyə Balisini söyləyir.

Milad Balisini Elin dərgisinə yönəlik tətbiq edilən bu basqıların dərgidə dərc edilmiş hər hansı yazı və ya material ilə əlaqədar olmadığını vurğulayır.

Onun söylədiklərinə əsasən, o və redaktoru olduğu dərgiyə qarşı tətbiq edilmiş qərarların sabiq Marağa millət vəkili Mehdi Davatgərinin Elin dərgisinə qarşı irəli sürdüyü şikayətlə bağlı olub. Mehdi Davatgəri İran Parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.

Marağa Universitetinin tələbəsi deyir ki, tələbə dərnəkləri və bu dərnəklər tərəfindən yayımlanan dərgilərə nəzarət edən məsullar qanunları istədikləri kimi şərh edib və tətbiq edirlər.

Burada 15-ə yaxın ocaq və hər ocağın özünə məxsus dərgisi var. Amma, məhdudiyyətlərin çox olması üçün bu il sadəcə 3 dərgi yayılıb. Onlar da hakimiyyət və onun fikir xəttinə yaxın olan ocaqlardır.
Milad Balisini

O, sadəcə Azərbaycan Tanıtım Ocağı və onun nəşr etdiyi Elin dərgisi deyil, hakimiyyətin düşüncə xəttinə yaxın olmayan digər tələbə dərnəklərinin də basqı və məhdudiyyətlərə məruz qaldığını bildirir.

“Marağa Universitetinin 4 min öyrəncisi var və Marağanın Azərbaycanın böyük şəhərlərindən biri olduğunu nəzərə alaraq bunların çoxu türklərdir. Burada 15-ə yaxın ocaq və hər ocağın özünə məxsus dərgisi var. Amma, məhdudiyyətlərin çox olması üçün bu il sadəcə 3 dərgi yayılıb. Onlar da hakimiyyət və onun fikir xəttinə yaxın olan ocaqlardır,” deyə Balisini bildirir.

2010 ilində fəaliyyətə başlayan Elin - “Marağa Bilimyurdunun Türkcə-Farsca Öyrənci Dərgisi”ində dərc edilən yazılar ümumiyyətlə tarix, kimlik, ədəbiyyat, ana dili və azlıqların hüquqları mövzularında olub.

XS
SM
MD
LG