Accessibility links

Vatikanda Müqəddəs Pyotr Bazilikasında minlərlə insan önündə illik Milad xütbəsində Papa Fransis parçalanmış icmaların barışığına çağırıb. Bazilikanın mərkəzi eyvanında Müqəddəs Pyotr Meydanında toplaşmış on minlərlə insanın önündə çıxış edən papa ənənəvi Urbi et Orbi(“şəhərə və bütün dünyaya”) mesajını səsələndirib.

O, mesajında bütün dünyadakı hadisələrə toxunub, çünki bu il İŞİD genişlənib, Yaxın Şərqdən Avropaya qaçqın kütləsi axıb, Afrikada məzhəblər arası münaqişələr baş verib və zəngin ölkələr şiddət və iqtisadi çətinliklərdən daha sabit yerlərə qaçan qaçqınlarla bağlı humanitar problemlərlə üzləşiblər.

Papa Fransis “Allah doğulduğu yerdə, ümid yaranır” mesajını səsləndirib.

Papa Fransis İsrail və Fələstin kimi münaqişənin davam etdiyi yerlərdə sülhün bərpa olunmasına və insanların bir-biriləri ilə harmoniyada yaşamalarına çağırıb.

O, BMT-nin Suriyadakı münaqişəyə son qoymaq yolunda uğur əldə etməsi üçün dua etdiyini bildirib.

Papa həmçinin beynəlxalq ictimaiyyəti Liviya, İraq, Yəmən və Səhra-altı Afrikadakı zülmlərə də son qoymağa çağırıb.

Papa Fransis son zamanlar Misir, Livan, Fransa, Mali və Tunisdə baş verən terror hadisələrinin qurbanlarından söz açaraq, terror hücumları zamanı dünyalarını dəyişənləri “bu günün şəhidləri” adlandırıb.

O, həmçinin Konqo Demokratik Republikası, Burundi və Cənubi Sudan əhalisi arasında sülhün yaranmasına çağırıb və dialoqun “qarşılıqlı anlaşmaya” gətirib çıxaracağını deyib.

Milad bayramının ən izdihamlı keçirildiyi yer isə İordan çayının qərb sahilində yerləşən və Bibliyaya əsasən İsa peyğəmbərin doğum yeri olan Betlehem şəhəri olub.

Son üç aydır israillilər və fələstinlilər arasında gedən zorakı qarşıdurmalara görə, bayramı qeyd edən kütlələrin sayı azalıb. Amma yenə də, Fələstin prezidenti Mahmud Abbas və baş nazir Rami Həmdallah Milad bayramı axşamı İsa peyğəmbərin doğum yeri olan Doğuluş Kilsəsini ziyarət ediblər. Digər insanlar da gecəyarısı massanı qeyd etmək məqsədilə kilsədə toplaşıblar.

Miladı ən tez Asiya və Sakit Okean regionu qeyd edib. Bəzi insanlar kilsəyə gedib, bəziləri evdə vaxt keçirib, digərləri isə bayramı qeyd etmək üçün ailə və dostları ilə birgə səyahətə çıxıb.

XS
SM
MD
LG