Accessibility links

Müasir müharibələrdə hərbi robotların rolu [Video]


Hərbi robotlar
please wait
Embed

No media source currently available

0:00 0:03:10 0:00


İnsan müdaxiləsinə ehtiyacı aradan qaldıran avtonom sistemlər üzrə texnologiya sürətlə inkişaf edir. Müasir müharibələrdə pilotsuz təyyarələr və maşınlardan istifadə edilir ki, bunun da müharibələri daha təhlükəsiz və effektiv edir.

Videoya çəkilmiş bu görüntülərdə İsraillə Qəzza Zolağı arasındakı sərhəd bölgədə baş verənləri izləyirik. Burada İsraildən atılan raketin Qəzzadan atılan raketi vurduğu nümayiş etdirilir. Bu, Dəmir Gümbəz adlanan raketdən müdafiə sistemi İsraildə yaranıb. Bu sistem mümkün hədəni hiss edir və atəş açmaq üçün operatora göstəriş verir.

Birləşmiş Ştatlar isə özünün pilotsuz təyyarələrinə və digər uçan mexanizmlərə arxalanır. Onlar müşahidə edir, hədəfləri nişan alır və öldürücü hücumlar həyata keçirə bilir. Lakin bütün bunlar yalnız operatorun göstərişi olduğu təqdirdə baş verə bilir.

Britaniyada qərargahlanan insan haqları təşkilatı – Human Rights Watch-un direktoru Devid Mepham son illərdə texnologoyanın sürətlə inkişaf etdiyini və ola bilsin ki, bir daha insanın müdaxiləsinə ehtiyac olmayacağını deyir. “Pilotsuz təyyarələr özü tam idarə olunan cihaz deyil. Onların hədəfi nişan almaq və vurmaq üçün insanın müdaxiləsi olmalıdır. Yeni təklif olunan texnologiya isə insanı tamamilə məsələdən kənarlaşdırır.”

O, yeni hərbi texnologoyanın artıq hazır olduğunu deyir. Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələri X-47B adlı ilk pilotsuz təyyarəsi dənizdən, müstəqil olaraq təyyarələri daşıyan gəmilərdən səmaya qalxır və əvvəlcədən yerləşdirilmiş proqramlara uyğun hərəkət edir.

“Big Dog” t adlı bu cihaz əsgərləri və hərbi dəniz qüvvələrini addımbaaddım izləyə bilir. Bu cihazlar silah olmasalar da Human Rights Watch günlərin birində bu robotların uçmaq gücünə malik ola biləcəyini deyir. “Müharibə kontekstində vəhşiliyin qarşısını alan başlıca faktor insanların hərbçiləri mülki vətəndaşlardan ayıra bilməsidir. Gələcəyin silahlı robotu isə dondurma yeyən uşağı silahlı şəxsdən fərqləndirməyə bilər. ”

Birləşmiş Ştatlar və digər dövlətlər insanların hərbi texnologiyaların idarəsindən çıxarılacağını planlaşdırılmadığını deyirlər. Lakin insan haqları təşkilatı Human Rights Watch deyir ki, qlobal danışıqlarda robotlardan 21-ci əsrdə qatil kimi istifadə olunmaması müzakirə edilməlidir.

Müstəqil təhlilçi Hüqo Rosmont sülh və müharibə şəraitində yeni texnologiyanın rolu barədə ictimai rəylə hesablaşmağın vacibliyini qeyd edir. “Ən geniş sahələr barədə, təbii fəlakətlər və humanitar yardımlar da daxil edilməklə, geniş sahələrdə ictimai müzakirələr vacibdir.”

Təhlilçi yaxın zamanda robotların dünyanın inkişafında müsbət rol oynayacağını deyir. O, buna Fransanın Fukuşima nüvə elektrik stansiyasındakı fəlakət zamanı Yaponiyaya göndərdiyi robotların köməyini missal göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG