Accessibility links

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının 17 mayda “Talana son!” şüarı ilə keçirəcəyi mitinqi ilə bağlı müraciətinə cavab verib. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti mitinqin təyin olunan tarixdə keçirilməsinə raızlıq verilməyib. İcra Hakimiyyəti mitinqin mayın 16-da keçirilməsinə razılıq verdiyini qeyd edib. Lakin bu, təşkilatçılarla razılaşdırılmadan edilib.

Mitinq Komitəsinin sədri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı BŞİH-nin cavabını qanuna zidd adlandırıb və bununla bağlı məhkəməyə müraciət olunacağını deyib

“Mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi Milli Şurada və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq. Lakin, BŞİH-nin təşkilatçılarla razılaşdırmadan aksiyanın vaxtını dəyişmək hüququ yoxdur. Milli Şura isə bütün hazırlıqlarını mayın 17-i üçün edib. Bu baxımdan mitinqin vaxtının dəyişməsi faktiki onun keçirilməsinə razılıq verilməməsi deməkdir”-deyə o qeyd edib.

XS
SM
MD
LG