Accessibility links

Miriam Lanskoy: "Ümid edirəm ki, onlar tənqidi fikirləri eşidəcək" [Video]


Milli Demokratiya Fondunun rəsmisinin Konqresdəki brifinq barədə fikirləri

Milli Demokratiya Fondunun Rusiya və Avrasiya İnstitutunun direktoru Miriam Lanskoy iyulun 16-da ABŞ Konqresinin Helsinki Komissiyasında keçirilən “Azərbaycanda artan avtoritarizm” brifinqinin maraqlı keçdiyini deyib. Amerikanın Səsinə açıqlamasından xanım Lanskoy bu proseslərlə maraqlanan azərbaycanlılara və birifinqdə iştirak edənlərə təşəkkürünü bildirib: “Maraqlı suallar oldu və maraqlı fikir mübadiləsi apardıq. Hökumət və müxalifət nümayəndələri bir-birilərinə çətin suallar ünvanladı. Bunları izləmək gözəl idi”.

Xanım Lanskoyun sözlərinə görə, brifinqdə səslənən tənqidi fikirlərə Azərbaycan hökumətinin necə cavab verəcəyini demək çətindir. “Fikrimcə, onlar tənqidi fikirləri qəbul etməməyə çalışır. Eyni zamanda ümid edirəm ki, onlar bu tənqidləri eşidəcək və dəyərləndirəcək. Orada siyasi məhbusların azadlığa buraxılması, namizədlərin qeydə alınmasına icazə verilməsi kimi bəzi spesifik fikirlər səsləndi. Ümid edirəm ki, onlar bu fikirləri eşidəcək. Ola bilsin onlar bunu bu gün deməsin, amma ümidvaram ki, onlar bu təklifləri nəzərdən keçirəcək və addım atacaqlar”- deyə Miriam Lanskoy Amerikanın Səsinə açıqlamasında bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG