Accessibility links

Çingiz Bəxtavərin müəmmalı ölümündən üç il keçir [Audio]


Çingiz Bəxtavərin müəmmalı ölümündən üç il keçir

Çingiz Bəxtavərin müəmmalı ölümündən üç il keçir

Amerikanın Səsinə müsahibədə tanınmış milli fəal Çingiz Bəxtavərin oğlu Babək Bəxtavər atası haqda xatirələrini bölüşüb. O, hesab edir ki, bir sıra milli fəallar kimi Çingiz bəy də apardığı mübarizənin qurbanı olub.

Çingiz Bəxtavərin ölümünün üçüncü ildönümü ilə bağlı cümə günü dekabrın 21-də Təbrizdə anım mərasimi keçirilib. Azərbaycan Öyrənci Hərəkatının (AZOH) veb səhifəsində yayılan xəbər görə, Azərbaycan Mədəniyyət Ocağının təşkilatçılığı ilə keçirilən bu mərasimdə milli mahnılar səslənib və şeirlər oxunub.

İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə həbs edilən Çingiz Bəxtavər 2009-cu ilin dekabrın 27-də Təbriz elektrik stansiyasındakı iş otağında cansız halda tapılmışdı. Onun ailəsi və bir neçə Azərbaycan təşkilatı milli fəalın müəmmalı şəraitdə öldüyünü deyiblər.

Mərhumun oğlu Babək Bəxtavər hadisənin detallarını Amerikanın Səsinə danışıb və ölümlə bağlı beynəlxalq təşkilatlara müraciət olunduğunu bildirib.


Son illərdə Azərbaycan siyası təşkilatları və insan haqlarını müdafiə edən qruplar İranda tanınmış bəzi Azərbyacan fəallarının “şübhəli” ölümləri haqda bəyanatlar yayıblar. Bu qrupların dediyinə görə İran höküməti bəzi Azərbaycan fəallarını qətl edib ancaq ölümlərin hadisə nəticəsində baş verdiyini göstərməyə çalışıb.

Çingiz Bəxtavərdən əlavə müəmmalı şəkildə dünyasını dəyişən bəzi azərbaycanlıların adları bunlardır:

  • Azərbaycanlı tarixçi, dilçi və pedaqoq Prof. Məhəmməd Tağı Zehtabi 1998-ci ilin dekabrında Təbrizin yaxınlığında Şəbistər şəhərindəki evində ölmüş halda tapıldı.
  • İyun 2008 tarixində, Azərbaycanlı fəal Fərhad Möhsüni Nigaristan-ın cənazəsi Təbrizdə El Gölü parkında tapıldı. Cənazə tapılandan neçə gün əvvəl, İranda Azərbaycanlı Siyası Məhbuslarını Müdafiə Birliyi (ADAPP) onun təhlükəsizlik məmuları tərəfindən tutulduğunu və ailəsinin harada saxlandığını bilmədiyini xəbər vermişdi.
  • Tanınmış fəal Qulamrza Əmani və iki qardaşı 2008-ci ilin oktyabr ayında avtomobil qəzası nəticəsində həyatlarını itirdilər. Əmani daha öncə fəaliyətləri üzündən ömrünün təqribən beş ilini Təbriz zindanında keçirmişdi.
  • Tanınmış fəal İbrahim Cəfərzadə, həyat yoldaşı və kiçik qızları ilə birlikdə, sentyabr 2011-ci ildə, Xoy şəhəri yaxınlığında avtomobil qəzası nəticəsində öldülər. Cəfərzadə ömrünün son 10 ilində ən azı beş dəfə həbs edilmişdi. Onun həyat yoldaşı Mina Kəhrübayi də Azərbaycan fəalı idi.
  • 2012-ci ilin avqustunda baş verən zəlzələ bölgəsində yerləşən Vərziqan şəhərinin İran parlamentindəki deputatı Allahverdi Dehqani bu il noyabr ayında ailəsi ilə birlikdə avtomobil qəzasına düşüblər. Qəzada deputat yaralandı, həyat yoldaşı, qızı və oğlu isə qəza yerində öldülər. Hadisədən öncə, Dehqani dəfələrcə zəlzələ qurbanlarının qışın soyuğunu çadırlarda keçirdikləri ilə bağlı İran dövlətinə etiraz etmişdi.
XS
SM
MD
LG