Accessibility links

ABŞ prezidenti Barak Obama hökümətin terror hücumlarının qarşısını almaq məqsədilə milyonlarla insanın telefon danışıqlarının izlənməsinə son qoyan qanun lahyihəsini imzalayıb.

Yeni qanuna əsasən, Amerika vətəndaşlarının telefon danışıqları haqda məlumatlar Milli Təhlükzəsilik Agentlyi deyil, ABŞ telefon şirkətləri tərəfindən toplanıb saxlanacaq. Məlum və ya şübhəli bilinən terrorçuların telefon danışıqlarını yoxlamaq üçün federal təhqiqatçılara məhkəmə qərarı lazım olacaq.

Yeni qaydalarla bağıə razılıq əldə olunsa da, hər iki partiyaya mənsub qanunvericilər yeni sistemin daha az təhlükəsiz olacağını və terrorla mübarizəni federal rəsmilərin səlahiyyətindən alındığını iddia edirlər.

XS
SM
MD
LG