Accessibility links

Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib

Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib

Keçmiş prezident fəaliyyətdə olan prezidentin aylıq əməkhaqqının 50 faizinə bərabər tutulan aylıq pensiya alacaq.

Milli Məclis “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu ikinci və üçüncü oxunuşda qəbul edib. Sənəd Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin prezident səlahiyyəti bitdikdən sonra təminatını müəyyən edir.

Keçmiş prezident fəaliyyətdə olan prezidentin aylıq əməkhaqqının 50 faizinə bərabər tutulan aylıq pensiya alacaq. Keçmiş prezident vəfat etdikdən sonra onun həyat yoldaşına və ya həyat yoldaşı olmadıqda onun öhdəsində olan uşağına keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizinə bərabər tutulan aylıq müavinət ödəniləcək.

Dövlət qulluğu üçün müəyyən edilmiş tibbi təminat keçmiş prezidentə və onun ailə üzvlərinə şamil olunur.

Keçmiş prezidentə həmçinin üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, dövlət tərəfindən bir avtomobil verilir.

Keçmiş prezidentə eyni zamanda hazırki prezidentin aylıq əməkhaqqının 20 faizinə bərabər tutulan aylıq nümayəndəlik xərcləri ödənilir.

Sənədə görə, keçmiş prezidentin və onun həyat yoldaşının toxunulmazlıq hüququ var. Keçmiş prezident seçilməmişdən əvvəl və prezident səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.

XS
SM
MD
LG