Accessibility links

Milli Məclis internetdə saxta profil və ad altında təhqirə yol verənlərin cəzalandırılmasını müzakirə edəcək [Müxtəlif şərhlər]


Deputat Çingiz Qənizadənin Amerikanın Səsinə müsahibəsi, Ələsgər Məmmədli və Rəşid Hacılı sənədi qiymətləndirir

Azərbaycanda internetdə saxta istifadəçi adı və ya hesablardan yararlanaraq, böhtan və təhqirlərə yol verilməsinin cinayət məsuliyyəti sayılması barədə baş prokuror Zakir Qaralov qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə qanun layihəsi təqdim edib. Milli Məclisin komitələri noyabrın 16-da qanun layihəsini müzakirə edəcək.

Bu barədə Milli Məclisin deputatı Çingiz Qənizadə Amerikanın Səsinə müsahibəsində bildirib.

Milli Məclisin deputatı Çingiz Qənizadənin Amerikanaın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:06:26 0:00

Onun sözlərinə görə, baş prokurorun təqdim etdiyi layihədə Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilir.

Yeni maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Çingiz Qənizadə
Çingiz Qənizadə

“Qanunda boşluq var idi. Saxta profil və adlardan, eyni zamanda hesablardan istifadə edilərək insanlara qarşı təhqir və böhtan hərəkətləri edilirdi. Belə olan hallarda insanların məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericilikdə normalar nəzərdə tutulmamışdı. Baş prokurorun təklifi ilə Cinayət Məcəlləsinə yeni bir maddənin, 148-1 maddəsinin əlavə edilməsi bu boşluğun doldurulmasına xidmət edir. Bununla yanaşı, həm də başqa-başqa adamların adından istifadə etməklə saxta profillərdən qanunazidd hərəkətlərə çağırış, şəxsi həyata müdaxilə, yalan məlumatlar yayılırdı və bunun qarşısını da almaq mümkün deyildi,” o qeyd edib.

Deputat hesab edir ki, qanun qəbul edildikdən sonra bu cür cinayət tərkibi yaradacaq əməllərin səbəb və şəraiti dəyişəcək.

“İnsanlar daha məsuliyyətli olacaq. Qanuna hörmət edən daha böyük kontingent bu cür əməllərdən çəkinəcək. Bununla da internet şəbəkələri vasitəsi ilə hüquqları pozulan şəxslərin sayı azalacaq. Hesab edirəm ki, cənab baş prokuror tərəfindən təklif edilən layihə insanların hüquq və azadlıqlarının qorunmasına xidmət etməklə bərabər, bu cür cinayətlərin də cəzasız qalmayacağına əminlik yaradır”, o qeyd edib.

Baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 323-cü maddəsinin (Azərbaycan dövlət başçısının – Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətini ləkələmə və alçaltma) dispazisiya hissəsində kütləvi tirajlarla müşayiət edilən internet informasiya ehtiyatları sözü də salınmaqla, Cinayət Məcəlləsinin 148-1 maddəsindəki əməllər prezidentə qarşı yönələrsə məsuliyyət yaradacaq.

Çingiz Qənizadə

Qənizadənin sözlərinə görə, baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 323-cü maddəsinin (Azərbaycan dövlət başçısının – Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətini ləkələmə və alçaltma) dispazisiya hissəsində kütləvi tirajlarla müşayiət edilən internet informasiya ehtiyatları sözü də salınmaqla, Cinayət Məcəlləsinin 148-1 maddəsindəki əməllər prezidentə qarşı yönələrsə məsuliyyət yaradacaq.

“Burada iki hissədə (maddə 323.1, 323.2), - birinci hissədə azadlıqdan məhrumetmə, cərimə və islah işləri nəzərdə tutulur. Digər hissədə isə ölkə başçısını ağır və xüsusilə ağır cinayətlərdə ittiham etdikdə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, o qeyd edib.

Deputat kütləvi tiraj anlayışı ilə bağlı şərh verməyib.

“Görünür qanun qəbul ediləndən sonra bununla bağlı rəy veriləcək. Ancaq, təbii ki, bir şəxsin digəri ilə yazışması kütləvi tiraj deyil. Ancaq məlumatı profildə yayıb cəmiyyət üçün açıq edirsənsə bu artıq kütləvi tirajdır”.

O, saxta və gizli profilin müəyyən edilməsi prosedurunun necə olması, əgər bu profillər xarici ölkələrdən idarə edilərsə onun necə müəyyən ediləcəyi ilə bağlı sualın cavabında deyib ki, Azərbaycanda artıq belə praktika olub.

“Əvvəllər Fransada oturub, haradasa başqa ölkədə oturub ölkəmiz haqqında, ölkənin rəhbərliyi haqqında böhtan xarakterli informasiyaların yayılması ilə bağlı qanunazidd hallar var idi. Cinayət işi də açılmışdı. Amma, cinayət işinin icrası, həmin şəxslərin tutulması artıq beynəlxalq normalara keçir və burada müəyəyn çətinliklər var”, Qənizadə bildirib.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media üzrə ekspert Ələsgər Məmmədli öz Facebook səhifəsində yazır ki, hər kəs “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin vaxtı çatıb deyən zaman Cinayət Məcəlləsinə yeni bir maddə daxil edilir.

“Bu maddənin mahiyyətinə keçmədən, onun təqdim olunma təşəbbüsü yeni "niyyətlərdən" xəbər verir. Qanunvericilikdə təhqirə görə cinayət cəzasının nəzərdə tutulmasını Avropa İnsan Hüquqları Məhkəməsi öncə 2007-ci ildə Mahmudov-Ağazadə Azərbaycana qarşı işdə, sonra 2010-da isə Fətullayev Azərbaycana qarşı işdə qəbuledilməz hesab edərək, hökumətə bunun dekriminallaşdırılmasını təxirə salmadan reallaşdırmağı tövsiyə edib. Azərbaycan Hökuməti 2011-ci ildə Milli Fəaliyyət proqramına “Diffamasiya haqqında” qanunun qəbulu məsələsini daxil etsə də bunu icra etməyərək Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə interneti də əlavə edərək, maddənin əhatəsini genişləndirdi və “Diffamasiya haqında” qanunun qəbulunu rəfə atdı,” o, qeyd edib.

Artıq bu maddələrlə interneti azad və ya qismən azad kateqoriyasından azad olmayan hissəyə transfer edəcəyik.

Ələsgər Məmmədli

Ekspert sual edir: “Saxta profili kim və necə müəyyən edəcək? Saxta profil sahibi Bakıda yox Nyu Yorkda oturub bunu edəcəksə bunu necə önləməyi düşünür qanunvericiliyi dəyişən tərəflər? Mövcud qanunvericiliyə görə CM 147 və 148-ci maddələrində nəzərdə tutulan məsuliyyətin işlədilməsi ancaq hüququ pozulan şəxsin xüsusi ittiham qaydasında mümkündür. Şəxs xüsusi ittiham qaydasında iddia qaldırmalı və təhqirin yaxud böhtanın olduğunu sübut etməlidir. 148-1 maddədə bunu kim edəcək? Vətəndaş profilin saxta olduğunu hansı vasitələrdən istifadə edib sübut edəcək? Yekunda təəssüflə qeyd etmək istəyirəm ki, hökumət rəsmilərinin tez-tez təkrarlanan bir ifadəsi vardı, "Bizdə internet azaddır", indi bu təklifi təqdim edənlər bu arqumenti rəsmilərin əlindən alır. Artıq bu maddələrlə interneti azad və ya qismən azad kateqoriyasından azad olmayan hissəyə transfer edəcəyik,” Məmmədli bildirir.

Rəşid Hacılı
Rəşid Hacılı

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, Cinayət Məcəlləsinə böhtan və təhqirə görə cəzaları sərtləşdirən yeni 148-1-ci maddənin daxil edilməsi ifadə azadlığının boğulmasına yönəlmiş növbəti qorxulu addım kimi dəyərləndirilməlidir.

Bu təklif Konstitusiya və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə müəyyən edilmiş ideya və məlumatların yayılması azadlığının, toplumun ictimai önəmli məsələlər barədə müzakirələr aparmaq və tənqid etmək sərbəstliyini hədəfə alıb.

Rəşid Hacılı

R.Hacılının qənaətincə, bu təklif Konstitusiya və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə müəyyən edilmiş ideya və məlumatların yayılması azadlığının, toplumun ictimai önəmli məsələlər barədə müzakirələr aparmaq və tənqid etmək sərbəstliyini hədəfə alıb.

R.Hacılı qanunvericilikdə anonim müəllifliyin xüsusi hədəfə alınmasının da təhlükəli olduğunu qeyd edib.

“Hər kəsin ifadə azadlığı onun həm öz adı altında, həm də təxəllüs və ya bəlli olmayan ad altında ifadələr yaymaq azadlığını da əhatə edir. Anonim və ya açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət müəyyən edilməsinin hər hansı ictimai maraqdan irəli gəldiyi barədə iddiaların heç bir məntiqi əsası yoxdur.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG