Accessibility links

Prezidentin şərəf və ləyaqəti


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib

Parlamentdə bununla bağlı ayrıca qanun qəbul edilməsi təklif olunub

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında prezidentin şərəf və ləyaqətini qorumaq üçün ayrıca qanun qəbul edilməlisini təklif edib.

Vitse-spiker prezident seçkiləri dövründə namizədlərin debatlarına istinad edərək,ölkə prezidentinin şərəf və ləyaqətinin təhqir olunmasından narahatdır.

“Ölkə prezidenti təhqir olunur, ölkə başçısına qarşı yerindən duran təhqirlər səsləndirilir. Biz onu qoruya bilirikmi? Konstyitusiyanın 106-cı maddəsi var, biz bu maddə ilə bağlı qanunvericilikdə dəyişiklik edərək yeni qanun qəbul edə bilərik", o bildirib.

Z.Əsgərov, Milli Məclisin yaz sessiyasında vətəndaşların şərəf və ləyaqətinin təhqir olunmasına qarşı cəzalar sərtləşdirildiyini də xatırladıb və müxalifətə işarə edərək deyib:

“Bu adamlar 1992-ci ilin psixologiyası, İsgəndər Həmidovun məntiqi ilə seçkiyə gedirlər. Bu gün vəziyyət o həddə çatıb ki, prezident təhqir olunur. Prezident dövlətin başçısıdır, ali baş komandandır, Azərbaycanı xaricdə təmsil edir. Ancaq biz prezidenti qoruya bilirikmi? Qoruya bilmirik.”,o qeyd edib.

Prezidentin şərəf və ləyaqətini alçaltma və ya ləkələnmə ilə bağlı cəza Cinayət Məcəlləsinin 323-cü maddəsində yer alıb. Bu maddədə ən yüksək cəza iki ildən beş ilədək azadlıqdan məhrum edilmədir.

Azərbaycan Konstitutsiyasının 106-cı maddəsinə görə, prezident toxunulmazlıq hüququna malikdir. Azərbaycan prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
XS
SM
MD
LG