Accessibility links

Milli Məclisin sədri Rusiyaya gedəcək


Milli Məclisin sədri Oqtay Əsədov

Milli Məclisin sədri Oqtay Əsədov

Görüş çərçivəsində tədbirdə iştirak edən nümayəndə heyətləri ilə görüşlər olacaq

Bakı/27.11.13/Turan:Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaq.

Parlamentdən Amerikanın Səsinə verilən məlumata görə parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
XS
SM
MD
LG