Accessibility links

Milli İqtisadiyyat Şurasının rəhbəri vəzifəsinə Cin Sperlinq təyin edilib


Milli İqtisadiyyat Şurasının rəhbəri vəzifəsinə Cin Sperlinq təyin edilib

Milli İqtisadiyyat Şurasının rəhbəri vəzifəsinə Cin Sperlinq təyin edilib

ABŞ prezidenti Barak Obama Milli İqtisadiyyat Şurasının rəhbəri vəzifəsinə Cin Sperlinqi təyin edib. Sperlinq prezident Bill Klintonun hakimiyyəti dövründə həmin vəzifəni icra edib. O. Obama administrasiyasında maliyyə naziri Timoti Qaytnerin məsləhətçisi vəzifəsində çalışıb. Sperlinqin təyinatı Obama administrasiyasında edilən növbəti dəyişiklikdir. Yeni komanda respublikaçıların çoxluq əldə etdiyi Nümayəndələr Palatası ilə iş aparacaq və prezidentin 2012-ci il seçkilərinə hazırlıq işlərini görəcək. Dünən Barak Obama Klinton erasının daha bir rəsmisi-Vilyam Deleyi prezident aparatına rəhbər təyin edib.

XS
SM
MD
LG