Accessibility links

Milli Şura "Talana son!" deyir [Videolar & Fotoqalereya]


Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

Müxalifət tərəfdarları mitinqdə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz ediblər

***

Milli Şuranın sədri ölkədə ədalətin olmadığını bildirib. “Vətəndaş nə polisində, nə icra hakimiyyətində, nə də məhkəməsində ədalət görmür”.

***

Cəmil Həsənli siyasi məhbusların azad edilməsini tələb edib. “Onlar azadlıq uğrunda mübarizlərdir”.

***

Milli Şuranın sədri vətəndaşların bir qrup nazirlərin əsarətinə düşdüyünü bildirib. “Müstəqil olmaq hələ azad olmaq deyil”.

***

Cəmil Həsənli ölkədə kredit faizlərinin çox yüksək olmasını kəskin tənqid edib. “Bu gün Azərbaycanda 2 milyon 400 min adam kredit əsarətinə düşüb”.

***

Milli Şuranın sədri ölkənin hüquq mühafizə orqanlarını qınayıb: “25 il keçməsinə baxmayaraq 20 Yanvar hadisələrinin hələ də ibtidai istintaqı başa çatmayıb”.

***

Milli Şuranın sədri Cəmil Həsənli Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd Ağaoğlunun çıxışına istinad edib. “Ağaoğlu üzünü Həsən bəy Zərdabinin cənazəsinə tutaraq deyib ki, o dünyada babalarımızın yaxasından tutub soruşarsan, a kişilər bu nə vətəndir bizim üçün qoyubsunuz: vəzifəlisi, alimi rüşvətxor, beş-altı ziyalısı var, onlar da bir-biri ilə didişir”.

***

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, ölkədə milli iqtisadiyyat yoxdur. “Bu ölkədə neft var. Bunlar neft pullarını sağa-sola dağıtdıqca elə bildirdilər ölkə idarə edirlər”.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev ölkədə çoxsaylı siyasi məhbusların olduğunu bildirib. O Leyla Yunus və İntiqam Əliyevin timsalında bütün siyasi məhbusları alqışlayıb.

***

AXCP sədrinin müavini Nürəddin Məmmədli bildirib ki, vicdanını satan adamlar oğruya çevrilir. "Pul oğurlayırlar, gömrük, vergi oğrularına, işverənlərə, şillə vuranlara çevrilirlər".

***

Mitinqin aparıcısı deyib ki, aksiyanın olduğu meydana qəsdən kartofg-soğan atıblar. Hökumət kartof-soğanı da gömrükdən keçirənlədən rüşvət alır. Başqa tərəvəzləri də gömrükdən rüşvətsiz keçirmək mümkün deyil.

***

Əli Kərimli: "Azərbaycan xaqlıının 8 milyard manat pulunu xərcləyib saxta olimpiada keçirirlər. Saxta parlamaent, saxta seçki, saxta müxalifət, saxta mətbuat, indi də saxta olimpiada".

***

AXCP sədri Əli Kərimlinin dediyinə görə, AZAL monopolist mövqeyindən istifadə edərək eyni məsafədə olan təyyarə reyslərinə biletləri Gürcüstandan 2-3-ddəfə baha satır.

***

AXCP sədri bildirib ki, yalnız Bakıda mindən çox ağır ürək xəstəsi əməliyyat üçün növbə gözləyir. "Ürək əməliyyatı 7000-10000 manata başa gəlir. İnsanlar əməliyyat xərclərini ödəyə bilmədiyindən ölümlərini gözləyir. Digər xəstəliklərdən 10 minlərlə insan əziyyət çəkir".

***

Milli Şura rəhbərləri mitinqlərin bundan sonra da davam edəcəyini bildirərək mitinqi sona çatdırıblar. Növbəti mitinqin vaxtı hələ elan edilməyib.

***

Milli Şuranın sədri Cəmil Həsənli mitinqdə növbəti çıxışını edib.

O, deyir: "Millət öz iradəsini nümayiş etdirməlidir. Talana, soyğunçluğa, yalana, ədalətsizliyə, dinsizliyə son deməlidir.

Kreditlər kredit kimi verilmir əsarət aləti kimi verilir - 25-30 faizlə kredit alıb nəyi inkişaf etdirmək olar? Elə bir ailə yoxdur ki, kredit əsarətinə düşməsin. Fevraldan sonra kredit faizlərini ödəmək imkanı yoxdur.

Ölkəni, xalqı bu vəziyətə satanlar düşünməlidir ki, Azərbaycan xalqı ona görə müstəqil olmuşdu ki, vəzifəlilərin əsarətinə düşsün?"

Cəmil Həsənli deyir :

"Talana və yalana son deməlkə bərabər namuslu adamları, vcdanlıları müdafiə etmək hamımızın borcudur. Ona görə bu mübarizədə varıq ki, Azərbaycan cəmiyətinə böyük mübarizə nümunəsi verən Xədicə İsmayılı müdafiə edək, Leyla Yunsu müdafiə edək.

Saxta ittihamlarla, böhtanla həbsdə olan Rəşadəti, Öməri, Məhəmmədi müdafiə edək.

Hakimiyyətin səbrin sındırmış İlqar Məmmədov, Tofiq Yaqubl, Yadiğar Məmmədlinin ittihamlardan azad olaraq sizin sıralara qoşulamsı üçün siyasi məhbuslara azadlıq tələb etməliyik."

***

Milli Şuranın "Talana Son" şüarı ilə mitinqi davam edir.

***

Ziyalılar Birliyinni sədri Eldəniz Quliyev mitinqdə çıxış edib.

"Problemlər qəlizdir. bziim dəyərlərimizi oğurlamağa başladırlar, sonra dindarlarımızı, sonra azad söz deyənləri, jurnalistləri, ziyalıları oğurlamağa başladırlar. İndi isə cibimizə girirlər. Hər bir xalqın ruzisi olur. Hakimiyyət o ruzini oğurlamağa cəhd göstərir.

Gültəkin Hacıbəyli də mitinqdə çıxış edib

***

Aksiyanın təşkilatçıları bildirirlər ki, aksiya keçirilən "Məhsul" stadionunun ətrafındakı binalardan aksiyaçıların üzərinə kartof-soğan atılır.

***

AXCP sədri Əli Kərimli mitinqdə növbəti çıxışı:

"Ikinci dəfədir ki, talana son demək üçün toplaşmışıq. 15 martda izdihamlı mitinqdə dövlətdən talana son deməyi tələb etdik. Ancaq hər zamanki kimi hakimiyyət kosmetik addımlardan başqa ciddi tədbirlər görmədi. Soyğunçuluğu davam etdirir. Onlara yalana davam edir, biz də mübarizəyə son qoymamalıyıq."

Əli Kərimli deyib ki, neftin qiymətini qalxmasını gözləmək lazım olmadığını hökumət etiraf edib iqtisadiyatı məhv ediblər. əgər xalqımız mübarizəyə qoşulması, mübarizə aparmasa işsizlik artacaq, devalvasiya artacaq, indiki

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

Milli Şura «Talana son» şüarı ilə mitinq keçirir

durum davam edəcək, sosial partlayış olacaq. Dövlətimizi addım addım istahatlara məcbur edək. ancaq bu özbaşına olmayacaq. Çünlki onlar demokratik islahatlara hazır deyil. etiraz etməliyik, onları islahata məcbur etmək üçün təşkilatlanmalıyıq, etiraz etməkdən qorxmamalıyıq. davamlı mübarizəyə hazır olmalıyıq."

***

Aprelin 5-də Milli Şura Bakıda mitinq təyin edib.Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın bu mitinqi keçirməsinə razılıq verib.

Müxalifət fəalları “Talana son!” şüarı ilə keçirilən mitinqdə ölkədə korrupsiyaya, bahalaşmaya etiraz etdiklərini bildirirlər.

Milli Şura “Talana və Yalana son!” şüarı ilə martın 15-də də Bakıda etiraz aksiyası keçirmişdi.

Milli Şuranın sədri Cəmil Həsənli mitinqlərin davamlı olacağını da istisna etməyib.

XS
SM
MD
LG