Accessibility links

Milli Şura niyə elan edilmədi? [Video-Müsahibələr]


Milli Şura - video-müsahibələr
please wait

No media source currently available

0:00 0:03:56 0:00

Milli Şura niyə elan edilmədi? (Video-müsahibələr)

El Hərəkatının sədri Eldar Namazaov, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin dedikləri

Mayın 28-də Respublika Günündə demokratik qüvvələrin Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Milli Şura elan edilməli idi. Bu barədə siyasi liderlər qabaqcadan açıqlamalar da vermişdi.

Amma, Milli Şura elan edilmədi. Səbəblərini siyasi liderlər Amerikanın Səsinə müxtəlif cür yozur.


Eldar Namazov: Nöqtə qoyulub, yaxın vaxtda nöqtəni nidaya (hiss-həyacan bildirən durğu işarəsidir-T.F) çevirəcəyik”
“El”in lideri Eldar Namazov bildirir ki, müzakirələr başa çatıb.

“Nöqtə qoyulub, yaxın vaxtda nöqtəni nidaya (hiss-həyacan bildirən durğu işarəsidir-T.F) çevirəcəyik”, deyə bildirib.

Amma, Namazov hiss-həyəcanın nədən ibarət olduğunu deməyib.

O həmçinin Şuraya qoşulmaq istəyənlərinin sayının çox olduğunu bildirib. “Hətta bu ideyaya şübhə ilə yanaşanlar da Şuraya qoşulmaq istəyir. Sadəcə, bu bizi məsləhətləşmələri daha çox aparmağa məcbur edir”, Namazov bildirib.

El lideri deyib ki, “Azərbaycanda elə bir tanınmış nüfuzlu partiya yoxdur ki, bu prosesə qoşulmasın”.

İsa Qəmbər: Həm siyasi baxımdan, həm coğrafi və iqlim baxımından çox gözəl bir gündür.
Müsavat başqanı İsa Qəmbər Milli Şuranın nə vaxt elan ediləcəyi ilə bağlı suala, “Bu gün çox gözəl havadır, çox gözəl bir gündür. Həm siyasi baxımdan, həm coğrafi və iqlim baxımından çox gözəl bir gündür”, deyə cavab verib.

O həmçinin Eldar Namazovun suallara geniş cavablı ilə razılaşıb.

AXCP sədri Əli Kərimli məsələnin 99 faiz həll edildiyini, yalnız 1 faizin qaldığını iddia edir.

“Mitinqdə elan edildi. Xalqın sifarişi nəzərə alınıb, hamı da o fikirdədir ki, Milli Şura elan edilməlidir. Yəqin ki, olacaq”.

O “Nə vaxt elan ediləcək?” sualına belə cavab verib:

Əli Kərimli: Əgər bu saatda elan oluna bilsə idi, yəqin ki, mitinqdə minlərlə insanın qarşısında elan olunardı.
“Əgər bu saatda elan oluna bilsə idi, yəqin ki, mitinqdə minlərlə insanın qarşısında elan olunardı. Deməli, hansısa o bir faiz problemi var. Problem həll olunub elan olunacaq”.

Kərimli “bir faizin” ümümxalq müzakirəsinin predmeti olmadığını deyib. Bununla yanaşı, o qismən də olsa danışıqlardakı çətinlikləri diqqətə gətirib.

“Bu qədər xalq dəstəyini heç kim Milli Şuraya göz ardı edə bilməz. Ona görə də əminəm ki, Milli Şura ən tez bir zamanda elan olunacaq. Sadəcə, əgər bu gün bu işin səbəbkarları istəyirlər ki, işi axıra qədər elə səliqə ilə aparsınlar ki, kimsəni incitmədən, kimsəyə problem yaratmadan maksimum geniş çevrəni əhatə etməklə bu iş getsin. Məncə bunu qiymətləndirmək lazımdır. Bizi tələsdirib əlimizdən o qədər də kamil olmayan bir iş çıxarmaqdansa, bizə inanın, vaxt verin, eyni zamanda nəzarət edin və təzyiq edin Milli Şuranı daha geniş çevrədə, daha təkmil formada, daha ciddi qarşılıqlı kompromislərlə hamının özününkü saya biləcəyi şəkildə ortaya qoyaq. O çox uzaqda deyil ki, azacıq da səbr edin, həll olunacaq”, AXCP sədri qeyd edib.
XS
SM
MD
LG