Accessibility links

Milli Şura Avropa İttifaqının Ukrayna, Gürcüstan və Moldova ilə azad ticarət zonası sazişi qərarını alqışlayır


Cəmil Həsənlinin Avropaya səfəri
Cəmil Həsənlinin Avropaya səfəri

Qurum Azərbaycan hökumətinin öhdəliklərini yerinə yetirməsi üçün cəmiyyətin birləşməsin birləşməsini vacib sayır

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzi iyunun 11-də Avropa İttifaqının (Aİ) Azərbaycanın və digər 5 postsovet ölkəsinin iştirakçısı olduğu Şərq Tərəfdaşlığı proqramı ətrafındakı vəziyyəti pisləyib.

Koordinasiya Mərkəzi Aİ-nin iyunun 27-də Ukrayna, Gürcüstan və Moldova ilə azad ticarət zonası haqqında Saziş imzalamaq barədə qərarını alqışlayıb.

Koordinasiya Mərkəzi bu hadisəni həmin ölkələrin Avropa ilə tərəfdaşlığa inteqrasiyasında və digər ölkələrin, o cümlədən Azərbaycanın bu istiqamətdə irəliləməsi üçün imkan yaradılmasında mühüm addım kimi qiymətləndirir.

Müzakirələr zamanı Azərbaycan hökumətinin Şərq Tərəfdaşlığı proqramı, habelə ATƏT, Avropa Şurası çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə cəmiyyətin birləşməsi üçün əlavə tədbirlər keçirmək tövsiyə olunub.

Koordinasiya Mərkəzi hesab edir ki, bu öhdəliklər korrupsiyasız və proteksionizmsiz hüquqi, demokratik dövlət və azad, şəffaf bazar iqtisadiyyatı qurmağa can atan Azərbaycan xalqının ümidlərinə tam cavab verir.

Koordinasiya Mərkəzi həmçinin Ukraynanın Avropa seçiminə dəstəyi və onun Rusiya təcavüzündən müdafiəsini gücləndirmək zərurətini qeyd ediblər.
XS
SM
MD
LG