Accessibility links

Milli Şura 2015-ci ildə fəaliyyət istiqamətlərini müəyyən edib


Cəmil Həsənli

Cəmil Həsənli

Milli Şura növbəti sessiyası keçirilib Sessiyada ictimai-siyasi vəziyyət və qurumun 2015-ci il üçün fəaliyyət planı müzakirə edilib.

Milli Şuranın qəbul etdiyi “2015-ci ildə başlıca fəaliyyət istiqamətləri” adlı sənəddə deyilir ki, qurumun başlıca məqsədi konstitision prinsiplərə əməli xarakter vermək, siyasi məhbus probleminin həllinə nail olmaq, seçki sistemini təkmilləşdirmək, Azərbaycan xalqının öz hakimiyyətini formalaşdırmaq hüququnu təmin etmək, seçki sistemini təkmilləşdirmək, avtoritarizm meyllərinin qarşısını almaqdan ibarətdir.

Milli Şura həmçinin 2015-ci ildə üstün fəaliyyət istiqaməti kimi siyasi məhbusların qeyd-şərsiz azad edilməsi, ərazilərin işğaldan azad edilməsi, enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi fonunda əhalinin məlumatladırılması, vətəndaş cəmiyyətinin, demokratik dəyərlərin, insan hüquqlarının qotunması və başqa sahələrdə inkişafa nail olunması götürülüb.

İclasda Milli Şuranın 21 nəfərdən ibarət yeni Koordinasiya Şurası seçilib.

Cəmil Həsənli yenidən Milli Şuranın və Korridnasiya Şurasının sədri seçilib.

Cəmil Həsənli bildirib ki, Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb.

“Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”.

Onun fikrincə Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib. Milli Şuranın da vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır.

“Məni ən çox narahat edən vətəndaşları narkotiklə şərləyib tutmaqdır. Təəssüf ki, 2014-cü ildə bu tendensiya daha da inkişaf edib. Hətta Sovet imperiyası vətəndaşları narkotiklə şərləməyi özünə sığıdırmırdı. İndi Azəraycanın ən ləyaqətli oğulları müxtəlif ittihamlarla həbsdə yatır. Amma bu adamları şərləyən, mühakimə edən insanlar özü həbsdə oturmalıdır. İnsanları 3 qramla şərləyənlər, 3 ton narkotikə görə məsuliyyət daşımır”, Həsənli bildirib.

Azərbaycanda mətbuat azadlığının acınacaqlı vəziyyətindən danışan Milli Şura sədri “Azadlıq” radiosunun bağlanmasını pisləyib.

“Bu, mətbuata, azad sözə qəsddir. Bu, hakimiyyətin ölkədə söz azadlığına qarşı rəsmi siyasətidir”

Cəmil Həsənli daha sonra ölkədəki sosial-iqtisadi vəziyyətdən danışarkən deyib ki, dövlət başçısı tez-tez neft qiymətlərinin düşməsinin Azərbaycana təsir etməyəcəyi barədə bəyanatlar verir.

“Bu, məntiqsiz, həqiqətə uyğun olmayan bəyanatdır. Biz artıq bu ziyanın içərisindəyik. Azərbaycan tarixində maarif sistemi formalaşandan bəri hələ heç vaxt kənddə işləyən müəllimlə şəhərdə işləyən müəllimlərin əmək haqqında belə fərq olmayıb. Bu səhv tendensiyadır, bunu etmək olmaz. Sosial-iqtisadi baxımdan müəllimlər kəndlərdə daha çətin vəziyyətdə yaşayır. Bu siyasət ayrıseçkilikdir. 30 faizə gücün çatmır, 15 faiz artır, amma hamının maaşını artır”.

İlham Əliyevin Almaniyada səsləndirdiyi “ölkədə nüfuzum 90 faizdir” bəyanatına replika verən Cəmil Həsənli “Azərbaycan hakimiyyətinin reytinq cədvəli ilə siyasi mülahizələrə görə həbs etdiyi insanların sayı təxminən eynilik təşkil edir”, deyə ironiya ilə bildirib.

XS
SM
MD
LG