Accessibility links

'Həbsdə köməksiz gənci casusluğa cәlb etmək dövlәt adına rüsvayçılıqdır'


Mәcburi köçkünlәrin kommunal xәrclәri ilә bağlı prezident sәrәncamına edilən dəyişiklik ictimai etirazların nәticәsizliyi barәdә aşılanan fikirlәri dağıdır.

Bu fikir fevralın 19-da Milli Şuranın Koordinasiya Mәrkәzinin iclasında səsləndirilib. İclasda bildirilib ki, prezident sәrәncamına bu düzәliş ötәn ilin sonlarında Bilәsuvarda Cәbrayıldan olan köçkünlәrin işığa görә keçirdiklәri etiraz aksiyasına haqq qazandırır. Ona görә dә hәmin aksiya zamanı hәbs edilmiş şәxslәr dәrhal azad olunmalıdır.

Koordinasiya Mәrkәzi keçmiş NİDA-çı vә siyasi mәhbus, hazırda Avropaya sığınan Rәşad Hәsәnovun tәhlükәsizlik xidmәti ilә әmәkdaşlığa mәcbur edilməsi haqda etirafına da diqqәti çәkib. Milli Şura üzvlәri bildiriblәr ki, keçmiş MTN-in hәbsxanada kömәksiz bir insanı tәzyiqlә ölkәdaxili müxalif düşәrgәyә qarşı casusluğa cәlb etmәsi dövlәt adına rüsvayçılıqdır. Milli Şura hakimiyyәtdәn bu rüsvayçılığa görә izahat vermәyi vә ictimai-siyasi müxalif fәallara qarşı bu cür fәaliyyәtdәn әl çәkmәyi tәlәb edib.

Son günlәr AXCP fәallarına qarşı tәqib vә tәzyiqlәrin yenidәn güclәnmәsinә dә toxunulub. Şәki, Saatlı, Mingәçevirdә yerli fәalların tәqib olunması AXCP-yә qarşı davamlı repressiyanın tәrkib hissәsi kimi pislәnilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG