Accessibility links

ABŞ daxili təhlükəsizlik naziri amerikalı müsəlmanları əməkdaşlıq etməyə çağırır [Video]


ABŞ daxili təhlükəsizlik naziri amerikalı müsəlmanları əməkdaşlıq etməyə çağırır
please wait

No media source currently available

0:00 0:02:12 0:00

ABŞ daxili təhlükəsizlik naziri amerikalı müsəlmanları əməkdaşlıq etməyə çağırır

ABŞ Daxili Təhlükəsizlik Naziri Cen Conson çərşənbə günü "Zorakı Ekstremizmə Qarşı Mübarizə" adlı simpoziumda amerikalı müsəlmanlar icmasını əməkdaşlıq etməyə çağırıb.

Bizim hazırda üzləşdiyimiz ən gözəçarpan və bəlkə də ən təhlükəli terror təşkilatı, İslam Dövləti qrupu amerikalı müsəlmanları hədəf alır. Biz milli təhlükəsizliyk məsələsi olaraq buna qarşı mübarizə aparmalıyıq.
Cen Conson

Ötən ay Brüsseldə baş verən terror hücumları Birləşmiş Ştatlarda zorakı ekstremizmə qarşı mübarizənin yolları üzərində müzakirəni yeniləyib. Prezidentliyə bəzi Respublikaçı namizədlər amerikalı müsəlmanların yaşadıqları məhəllələrə nəzarət olunmasını təklif edirlər.

Lakin Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Cen Conson deyir ki, bu təklif reallığı əks etdirmir.

“Bəzi qızğın siyasi ritorikaya baxmayaraq, elə bir məhəllə, ya da şəhər yoxdur ki, oranı mühasirəyə alıb, oradakı müsəlmanlara nəzarət etmək mümkün olsun.”

Cen Consonun dediyinə görə, ötən il Kaliforniyanın San Bernardino şəhərində baş verən terror hücumunun ölkədaxili terrorizm təhlükəsi ilə bağlı naratlıqların artmasına səbəb olmasına baxmayaraq, Daxili Təhlükəsizlik Nazirlyinin digər mümkün hücumların qarşısını almaq səyləri amerikalı müsəlmanlar icması tərəfindən əməkdaşlıqla qarşılanıb.

Birləşmiş Ştatlar ordusunda xidmət edən, hökümətdə işləyənlər də daxil olmaqla, amerikalı müsəlmanların böyük əksəriyyəti vətənpərvər, ölkələrini sevən, ona sadiq insanlardır və onlar bizə ictimai təhlükəsizliyi qorumağa və vətənimizi müdafiə etməyə yardım edirlər, çünki bu, onların da vətənidir.
Cen Conson

“Birləşmiş Ştatlar ordusunda xidmət edən, hökümətdə işləyənlər də daxil olmaqla, amerikalı müsəlmanların böyük əksəriyyəti vətənpərvər, ölkələrini sevən, ona sadiq insanlardır və onlar bizə ictimai təhlükəsizliyi qorumağa və vətənimizi müdafiə etməyə yardım edirlər, çünki bu, onların da vətənidir.”

Conson Daxili Təhlükəsizliyin terrorizmə qarşı səylərinin amerikalı müsəlmanları hədəf aldığına dair tənqidləri rədd edib.

“Bizim hazırda üzləşdiyimiz ən gözəçarpan və bəlkə də ən təhlükəli terror təşkilatı, İslam Dövləti qrupu amerikalı müsəlmanları hədəf alır. Biz milli təhlükəsizliyk məsələsi olaraq buna qarşı mübarizə aparmalıyıq.”

Conson çıxışını əməkdaşlıq çağırışı ilə yekunlaşdırıb. O, amerikalı müsəlmanların təcrid olunmamalarına və onlara böhtan atılmamasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG