Accessibility links

"Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin Bakı toplantısı


"Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin Bakı toplantısı

"Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin Bakı toplantısı

Beynəlxalq terrorçuluq, ekstremizm, dövlətlərin təhlükəsizliyinə mümkün təhdidlər müzakirə olunub

Bakıda sentyabrın 12-13 də "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri müşavirəsinin X iclası keçirilib.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən Amerikanın Səsininə bildiriblər ki, iclasda Azərbaycan MTN-nin, Bolqarıstan,Gürcüstan, Macarıstan, Moldova, Polşa,Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanın kəşfiyyat xidmətləri rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri təmsil olunublar.

Toplantıda beynəlxalq terrorçuluq, ekstremizm, habelə bu cür hüquqazidd təzahürlərin,ümumən forum dövlətlərinin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması sahəsində kəşfiyyat xidmətlərinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İclasın əsas mövzusu olan enerji təhlükəsizliyi məsələsi geniş təhlil olunub, qarşıda duran vacib vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, terrorçuluq, ekstremizm və radikallaşma meyilləri, bundan irəli gələn təhdidlər dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhlükədir.

İclasın yekunu olaraq “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərləri memorandum imzalayıblar.

Memorandumda kəşfiyyat xidmətlərinin rəhbərləri "Qara dəniz - Xəzər dialoqu" ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərlə, habelə regional sabitlik və əmin-amanlıq əleyhinə yönəlmiş təhlükələrlə mübarizə sahəsində tərəfdaşlıq münasibətlərinin və qarışılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişləndirilməsi işində qətiyyətli olduqlarını,siyasi, iqtisadi, enerji və informasiya təhlükəsizliyinin təmin olunması, digər məsələlərin həlli üçün səylərin artırılacağını bəyan ediblər.
XS
SM
MD
LG