Accessibility links

Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib


Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Qaçaqmalçılardan külli miqdarda heroin götürülüb

Milli Təhlükəsizlik Nazirliyi narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan, İran və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstələri zərərsizləşdirib.
Nazirliyin ictimai əlaqələr mərkəzinin məlumatına görə, əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – Ramiz Bağırov, İmran Quliyev, İran vətəndaşı Noşahr Nasirzadə qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirib. Qaçaqmalçılardan 527,7 qram heroin götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları – Ənvər Səmədzadə, Seymur İlyazov, Ramin Kalayev, Mikayıl Şərifov, Sair Kərimov, İran vətəndaşı Mohammad Mostafaei, Azərbaycan vətəndaşları Arif Abbasov və Məmməd Abbasov saxlanıb. Müəyyən edilib ki, adları sadalananlar qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirib. Məlum olunub ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Mohammed Mostafaei külli miqdarda, yəni təxminən 500 qram heroinə görə ödənməli olan 4 min ABŞ dollarından 2 min 800 dolları aldıqdan sonra əldə etdiyi həmin narkotiki "Pejo" markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirib və Bakı şəhərinə gətirib.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

XS
SM
MD
LG