Accessibility links

“Azərbaycanın Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı olub


Milli Atlas

Milli Atlas

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycanın Milli Atlası” və “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin təqdimatı keçirilib. Bu barədə AMEA-nın mətbuat xidmətinin məlumatında deyilir.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən akademik Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb.

“Milli atlaslar məkan məlumatları infra­struk­turları üçün yeganə baza rolunu oynayır. Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının ha­zırlanması ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcək”. akademik qeyd edib.

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edib: “Xəritədə indiki Ermənistan ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə əsaslı dəlillər var”, o qeyd edib.

Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını bildirib, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışıb, Milli Atlasın əsas funksiyalarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xatırladaq ki, 1964-cü ildə Azərbaycan SSRİ-nin atlası nəşr edilib. Nəşrdə Azərbaycanın tarixini, coğrafiyasını, inzibati bölgüsünü, kənd təsəsrrüfatını v b. əks etdirən yüzdən çox xəritə var.

XS
SM
MD
LG