Accessibility links

Təbrizli milli fəal saxlanıb


Məhəmməd Xətibi
Məhəmməd Xətibi

Məhəmməd Xətibini ETTELAAT saxlayıb. Ona məxsus kitablar, kompüter, CD-lər götürülüb

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Məhəmməd Xətibi tutulub.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Məhəmməd Xətibini yanvarın 9-da atasının mənzilindən bilinməz istiqamətə aparıblar. Evdən fəala məxsus kitablar, kompüter, CD-lər və digər şəxsi əşyalar götürülüb.

Hazırda harada saxlandığı bilinməyən azərbaycanlı fəal milli zəmindəki dinc fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə tutulub.
XS
SM
MD
LG