Accessibility links

Təbriz Universitetinin tələbəsi tutulub


Əmir Çəməni
Əmir Çəməni

Əmir Çəməni milli zəmindəki dinc fəaliyyətinə görə bundan əvvəl də tutulub. O sistemə qarşı təbliğat aparmaqda, dini lider ayətullah Xamneyi və prezident Əhmədinejadı təhqir etməkdə günahlandırılıb

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Təbriz Universitetinin tələbəsi Əmir Çəməni tutulub.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Əmir Çəmənini yanvarın 13-də axşam yaşadığı mənzildə tutub bilinməz istiqamətə aparıblar.
Evdə yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

Əmir Çəməni milli zəmindəki dinc fəaliyyətinə görə bundan əvvəl də tutulmuşdu. Sistemə qarşı təbliğat aparmaqda, dini lider ayətullah Xamneyi və prezident Əhmədinejadı təhqir etməkdə günahlandırılaraq 9 ay həbsdə saxlanmış, 2012-ci ilin iyulunda mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.
XS
SM
MD
LG