Accessibility links

Milli fəalları ETTELAAT saxlayıb. Fəalların evlərindən şəxsi əşyaları, komputerləri və kitabları götürülüb

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan milli fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi tutulub. Hadisə iki gün əvvəl baş versə də xəbər yanvarın 15-də yayılıb.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın Marağa şöbəsinin əməkdaşları Davud Əzimzadəni yanvarın 13-də mənzilində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Saytən digər xəbərində isə deyilir ki, dinc mübariz, İranın Şərqi Azərbaycan əyalətinin Binab şəhərində “İşıq” kitab mağazasının sahibi Bəhmən Xaliqi yanvarın 13-də tutulub.
ETTELAAT-ın Binab şöbəsinin əməkdaşları Bəhmən Xaliqini mənzilində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, binablı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb.

Bəhmən Xaliqi son aylarda İranla Ermənistan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə qarşı Marağada keçirilən etirazlara qatıldığı üçün dəfələrlə təhdid edilib ifadə vermək üçün ETTELAAT-a çağırılsa da, o həmin çağırışlara məhəl qoymamışdı.

Azərbaycanlı fəalların hazırda harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.
XS
SM
MD
LG