Accessibility links

Din qanununa dəyişiklik edilib


Milli Məclis
Milli Məclis

“Çalışmalıyıq ki, qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar bulvara çıxanda adam onların xarici görünüşünə nifrət edir”, deputat İlham Əliyev bildirib

Fevralın 22-də Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edib.

Layihə barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanun layihəsinə əsasən, “Dini etiqad azadlığı haqqında” qanunun dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına dair maddəsinə (22-ci maddə) dəyişiklik edilir.

Dəyişikliyə görə, vətəndaşlar və dini qurumlar qeyd olunan materialları müvafiq icra hakimiyyəti orqanının verdiyi nəzarət markası ilə markalanmış formada, istədikləri dildə əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilər. Eyni zamanda nəzarət markası ilə markalanmış materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

“Media forum” saytının məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib:

Deməli, kimsə dini ədəbiyyatı və ya əşyanı birinə vermək istəyirsə, müvafiq icra hakimiyyətinə göndərməlidir ki, üstünə nəzarət markası yapışdırılsın. Belə olmaz.

“Dini ədəbiyyatda ekstremizm təbliğ olunmursa, qanunsuz satış yoxdursa, məhdudiyyətlərin tətbiqi başa düşülmür. Bəli, dini ədəbiyyatın ixtisaslaşmış satış məntəqələrində həyata keçirilməsi başa düşüləndir. Ancaq kimsə həccə gedib, ordan beş əşya gətirib və onu yaxın insanına verərsə, niyə məsuliyyət daşımalıdır? Deməli, kimsə dini ədəbiyyatı və ya əşyanı birinə vermək istəyirsə, müvafiq icra hakimiyyətinə göndərməlidir ki, üstünə nəzarət markası yapışdırılsın. Belə olmaz”.

Deputat Qüdrət Həsənquliyev isə həmkarı ilə razılaşmayıb:

“Azərbaycan saqqallı və saqqalsız mollalarla dolub. İndi gözləməliyik ki, Azərbaycanda ekstremizm yayılsın, sonra ona qarşı mübarizə aparılsın?!”

Deputat Zahid Oruc da din məsələsinə həssaslığın başa düşülən olduğunu vurğulayıb:

“Ancaq indi kompüter, internet ən ucqarlara gedib çıxır. İndi biz praktikada informasiyaların, ədəbiyyatın yayılmasına qarşı necə mübarizə aparacağıq? İnternetdə kimə nəzarət edəcəyik? İstənilən şəxs öz bloqunda istənilən ədəbiyyatı yerləşdirir. Ona görə də böyük eyforiya ilə qəbul etdiyimiz dəyişiklik təcrübədə işləməyəcək. Ancaq qanun layihəsinə səs verəcəm”.

Bu, Azərbaycanda dövlətçiliyə zidd olan dini təriqətlərin özünə yer açmamasına yönəlib.

“İşləməyəcək, niyə səs verirsiz?” deyərək Zahid Oruca irad bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, söhbət dinə qarşı çıxmaqdan getmir, ekstremist dini cərəyalardan gedir:

“Bu, Azərbaycanda dövlətçiliyə zidd olan dini təriqətlərin özünə yer açmamasına yönəlib”.

Deputat Bəxtiyar Əliyev bildirib ki, qanun layihəsi insanların öz dini inanclarını kənar müdaxilə olmadan, sərbəst həyata keçirməsinə şərait yaradacaq. O, deputatları layihəyə səs verməyə çağırıb.

Bu, Azərbaycanda dövlətçiliyə zidd olan dini təriqətlərin özünə yer açmamasına yönəlib.

Deputat İlham Əliyev deyib:

“Bizim dinimiz var və biz bu dinə qulluq edirik. Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, qısaşalvarlıları və saqqalı sinəsinə qədər düşənləri cəmiyyətimizdən təcrid edək. Axşamlar bulvara çıxanda adam onların xarici görünüşünə nifrət edir”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG