Accessibility links

Milli Məclisə smartfon və android keçirmək qadağandır


Milli Məclisin binası
Milli Məclisin binası

Qərar deputatların bir-birinin əvəzində səs verməsini əks etdirən fotolar mediada yayıldıqdan sonraya təsadüf edir

2014-cü il yanvarın 1-dən Azərbaycan Milli Məclisinə (parlament) smartfon və android tipli telefonla giriş qadağan olunub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğu Amerikanın Səsinə bildirib ki, parlamentin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verməlidir.

“Bu, Milli Məclisə daxil olan hər kəsə aiddir. Burada vəzifə bölgüsü aparılmır. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısı həmin modeldən olan bütün telefonları binaya daxil olarkən girişdə təhvil verməlidir. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bu avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”, mətbuat katibi qeyd edib.

Milli Məclisə smartfon və androidlərin keçirilməsinə qadağa parlamentin payız sessiyası zamanı plenar iclasda deputatların bir-birinin əvəzinə səs verməsi ilə bağlı fotoların mediada və sosial şəbəkələrdə yayılmasından sonraya təsadüf edir. Fotolarda çoxsaylı deputatın digərinin əvəzinə də səs verməsi əksini tapıb, geniş diskussiyalara və tənqidlərə səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG