Accessibility links

Milli Məclis Avropa Parlamentinin qətnaməsini müzakirə edəcək


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib

Sentyabrın 14-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyasın gündəliyində Avropa Parlamentinin Azərbaycanda insan haqlarının bərbad durumuna dair sərt qətnaməsi yer alır. Bu barədə Milli Məclisin deputatlarından biri Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi üçün deputatlar özləri müraciət ediblər.

Avropa Parlamenti qəti şəkildə Azərbaycanda sivil cəmiyyətə olan misilsiz repressiyaları pisləyir.

Sentyabrın 10-da Avropa Parlamenti jurnalist Xədicə İsmayılova və həbsdə olan digər ictimai fəallar, hüquqşünas və hüquq müdafiəçilərini "dərhal və şərtsiz" azad etməyə çağıran qətnamə qəbul edib.

"Nə qədər ki, Azərbaycan hökuməti universal insan haqlarına hörmət etmək istiqamətində konkret addımlar atmır, Azərbaycanla Strateji Əməkdaşlıq Razılığı üzərində danışıqlar dərhal dayandırılmalıdır," Avropa İttifaqı parlamentarları bəyan ediblər.

Sənəddə Azərbaycan hökuməti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırılır.

Parlamentarlar Avropa Birliyi rəhbərliyini prezident İlham Əliyev və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli təhqiqat aparmağa çağırıblar.
Parlamentarlar Avropa Birliyi rəhbərliyini prezident İlham Əliyev və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli təhqiqat aparmağa çağırıblar.

Prezident İlham Əliyev və onun ailəsinin nəhəng biznes vəsaitləri haqda araşdırmalar aparmış jurnalist Xədicə İsmayılova 7 1/2 il azadlıqdan məhrum edilib.

Sənəddə həmçinin Avropa Komisiyası ilə üzv ölkələr Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırılır.

Qətnamə insan haqları, sivil cəmiyyət və xalqlararası təmas sahələrini çıxmaqla Avropa Qonşuluq İnstrumenti çərçivəsində bütün layihələrin maliyyələşdirilməsinin nəzərdən keçirilməsi və lazım gələrsə, dayandırılmasını və Azərbaycanda nümayəndə heyəti göndərmək qərarının geri götürülməsini tövsiyə edir.

Deputatlardan 365-i sənədin lehinə, 202-si əleyhinə səs verib, 72 nəfər bitərəf qalıb.

XS
SM
MD
LG