Accessibility links

Milli Məclis insan hüquqları üzrə qurumların qərarlarının icrasının mümkünlüyü məsələsini müzakirə edəcək


Milli Məclisin binası
Milli Məclisin binası

Azərbaycan Milli Məclisinin yaz sessiyasının iş planına “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanununun layihəsinin müzakirəsi daxil edilib.Sənədi parlamentə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi təqdim edəcək.

Qanun layihəsinin hüquqi məzmununun necə olacağı ilə bağlı hər hansı açıqlama verilməyib.

Milli Məclisin bir neçə deputatı Amerikanın Səsinin müxbiri ilə söhbətində belə bir qanun layihəsi ilə hələ tanış olmadığını bildirib.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin, Avropa Şurasının, ATƏT-in, BMT-nin bir sıra qurumlarının üzvüdür.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin bu ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edən qərarlarını yerinə yetirməyəcəyi barədə qərar qəbul edib. Eyni zamanda, Rusiya belə halların istisna təşkil edəcəyini bildirib. Rusiya bu istisnanı Avropa Məhkəməsinin Yukos şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar təzminat ödəməli olduğu barədə qərarından sonra tətbiq edib.

Bu sahədə ilk praktika isə 2004-cü ildə Böyük Britaniyada olub. Avropa İnsan Haqları Məhkəməsinin “Hers Böyük Britaniyaya qarşı” qərarı yerinə yetirilməyib.

XS
SM
MD
LG