Accessibility links

Amerikanın Dry Tortugas Milli Parkının gözəl mənzərələri [Fotoqalereya]


Dry Tortugas Milli Parkı

Dry Tortugas Milli Parkı

ABŞ Milli Park Xidmətinin 100 illiyi qeyd edilir

ABŞ Milli Park Xidmətinin 100 illiyi qeyd edilməkdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində ölkəınin milli parklarlından birinin, Dry Tortugas Milli Parkının gözəl mənzərələri ilə saf təmiz su və inanılmaz dəniz həyatı barədə fotoları bölüşüb.

Təxminən Ki-Vest şəhərindən 113 kilometr qərbdə 180 kvadrat kilometr ərazini əhatə edən park əsasən açıq okeanda yerləşir və yeddi kiçik adadan ibarətdir. Adaların birində ölkənin 19-cu əsrə məxsus ən böyük tarixi qalalarından biri olan Fort Cefferson yerləşir.

Dry Tortugas Milli Parkı hər tərəfdən tarixi və təbii möcüzələrlə əhatə edilib və bu isə Amerika Birləşmiş Ştatlarının cənub cinahında yeləşən adanı həqiqətən əlamətdar bir məkana çevirir. Sualtı canlı mərcanqayaları, dəniz tısbağaları, unikal tropik balıqları və sualtı möcüzələri nəzərə alsaq, Dry Tortugas-a səfər unudulmaz bir təcrübədir!

XS
SM
MD
LG