Accessibility links

Nümayəndə heyətinə Müsavat, AXCP, Açıq Cəmiyyət, Liberal, Klassik Xalq Cəbhəsi partiyalarının, El Hərəkatının nümayəndələri, habelə MŞ sədri Rüstəm İbrahimbəyov daxil olacaq

İyulun 10-da Milli Şurada təmsil olunmuş müxalifət liderləri ABŞ-a gedəcək.

MŞ üzvü Zəfər Quliyevin Amerikanın Səsinə verdiyi məlumata görə, görüş Amerika tərəfin dəvəti ilə həyata keçiriləcək.

Nümayəndə heyətinə Müsavat, AXCP, Açıq Cəmiyyət, Liberal, Klassik Xalq Cəbhəsi partiyalarının, El Hərəkatının nümayəndələri, habelə MŞ sədri Rüstəm İbrahimbəyov daxil olacaq.

Nümayəndə heyətinin üzvləri Konqresdə və ABŞ-ın digər qurumlarında görüşlər keçirəcəklər.

Qarşıda duran səfər haqqında hələlik başqa məlumat yoxdur.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov yaxın günlərdə Vaşinqtonda olub, bir sıra mühüm görüşlər keçirib və yüksək rəsmi səviyyədə qəbul edilib.
XS
SM
MD
LG