Accessibility links

Milli Şura üzvlərinin Amerika səfəri məlumatında qeyri-müəyyənlik


Milli Şuranın ilk sessiyası

Milli Şuranın ilk sessiyası

Şura üzvləri fərqli danışır. Səfərin olub-olmayacağı barədə dəqiq fikri söyləyən yoxdur

Milli Şurada təmsil olunan bir qrup siyasi partiya nümayəndələrinin Amerikaya səfəri ilə bağlı məsələ qeyri-müəyyən qalır. Səfərin baş tutub-tutmayacağı da müəyyən deyil.

Belə ki, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Amerikanın Səsinə bildirib ki. Belə bir səfərin olacağı ilə bağlı məlumata malik deyil. “ACP Amerikaya səfər planlaşdırmır”, o qeyd edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də bir neçə gün öncə Amerikaya səfərinin nəzərdə tutlmadığını bildirmişdi.

Öz növbəsində. El Hərəkatının sədr müavini Zəfər Quliyev Amerikanın Səsinə bildirib ki, Amerikaya səfərin nəzərdə tutulmaması ilə bağlı deyilənlərin əsası yoxdur.

“Bu şayiə deyil. Səfərlə bağlı qapalı dairələrdə müzakirələr də aparılıb və kimlərin gedəcəyi də söhbət mövzusu olub. Lakin son günlər deyəsən qeyri-müəyyənlik yaranıb, Bu səbəbdən də müxtəlif yanaşmalar var”, o qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Z.Quliyev Milli Şuranın bir qrup üzvünün iyulun 10-da Amerikaya səfərinin nəzərdə tutulduğunu bildirmişdi.-
XS
SM
MD
LG