Accessibility links

Milli Şura vahid namizədin irəli sürülməsi üçün təşəbbüs qrupu formalaşdırır


Milli Şuranın İcra Aparatının iclası

Milli Şuranın İcra Aparatının iclası

Mitinq Komitəsinin formalaşdırlması ilə bağlı müzakirələr aparılıb

İyulun 24-də Milli Şuranın (MŞ) İcra Aparatının, MŞ-nin vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri ilə Milli Şuranın Mitinq Komitəsinin birgə iclası keçirilib.

Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatına görə, iclasda MŞ-inin vahid namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması və yerlərdə seçici təşəbbüs qruplarının təşkili, regionlar üzrə Seçki Qərargahının koordinatorlarının müəyyən edilməsi kimi məsələlər müzakirə olunub. Eyni zamanda imza toplayacaq qrupların yaradılması və onlar üçün treninqlərin keçirilməsi ilə bağlı detallar da dəqiqləşdirilib.

İclasda Mitinq Komitəsinin tərkibinin tam formalaşdırılması ilə bağlı da müzakirələr aparılıb və qarşıdan gələn Milli Şuranın növbəti sessiyasına konkret təkliflər hazırlanıb.
XS
SM
MD
LG