Accessibility links

Milli Şuranın prezidentliyə namizəd məsələsi avqustun 26-da həll olunacaq


Milli Şura
Milli Şura

Bu gün Milli Şuraya daxil olan 6 siyasi partiyanın lideri görüşüb

Bu gün Demokratik Qüvvələrin Milli Şurasına (DQMŞ) daxil olan 6 siyasi partiya (Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Liberal Partiyasının sədri Əvəz Temirxan və El Hərəkatının sədri Eldar Namazov) liderinin görüşü olub. Liderlər avqustun 26-da növbəti sessiya keçirmək və prezident seçkilərində iştirak üçün DQMŞ-dən ehtiyat namizədi seçmək qərarı qəbul edilib.

Avqustun 26-da həm də namizədin rəsmi irəli sürülməsi üzrə təşəbbüs qrupunun iclası keçiriləcək. Bu barədə görüşün yekunlarına həsr olunmuş brifinqdə bildirilib.

Eldar Namazov deyib ki, Milli Şuraya Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəlikləri olmadığı haqqında arayış daxil olub. O, bunu seçicilərin təşəbbüs qrupu adından İbrahimbəyovun sənədlərinin Mərkəzi Seçki Komissiyasına (msk) təqdim edilməsi və seçicilərin imzalarının toplanmasına başlanması üçün yetərli hesab edir.
Azərbaycan Konstitusiyasının tələblərinə görə, İbrahimbəyovun prezidentliyə namizəd kimi qeydiyyata alınması üçün Rusiya vətəndaşlığından çıxarılması zəruridir. Milli Şura imza vərəqələrinin MSK-ya təhvil verilməsi mərhələsi başa çatana qədər bu məsələnin həll olunacağına ümid edir.

Avqustun 26-da MŞ yeni namizəd irəli sürərsə, onun MSK-da təsdiqi məsələsi 5 gün ərzində həll olunacaq. Mənfi cavab alınarsa və apellyasiya verilərsə, ona baxılması üçün daha üç gün lazımdır. İmza vərəqələrinin son qəbul tarixi 9 sentyabr saat 18.00-dir. Namizədin qeydə alınması qüçün 60 seçki dairəsindən 40 min imza təqdim edilməlidir.
Bir çox Milli Şura üzvləri artıq açıq bəyanatlarla müxalifətin prezidentliyə namizəd isrəli sürməsində geçikdiyini bildirir.
XS
SM
MD
LG