Accessibility links

Milli Şura mitinq keçirəcək


Cəmil Həsənli Milli Şura üzvləri ilə birgə

Cəmil Həsənli Milli Şura üzvləri ilə birgə

Mitinq “22 sentyabr zülmə, yalana, talana “bəsdir!” demək günüdür” şüarı altında .keçiriləcək. Milli Şura bölgələrdə də mitinqlər keçirəcək

Milli Şura sentyabrın 22-də saat 16.00-dan 18.00-dək mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Amerikanın Səsinə Milli Şuranın mətbuat katibi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, mitinq Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda ("Məhsul" stadionu, İnşaatçılar metrosunun yaxınlığında) keçiriləcək.

Mitinqlə bağlı yaradılmış Facebook səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, 22 sentyabr “Bəsdir!” mitinqi təkcə müxalifətin vahid namizədi Cəmil Həsənlini müdafiə üçün deyil.

“22 sentyabr zülmə, yalana, talana “bəsdir!” demək günüdür”.

O.Gülaıyev deyib ki, hazırda C.Həsənlinin seçki qərargahı bölgələrdə keçiriləcək mitinqlər barədə də müzakirə aparır.

Onun sözlərinə görə, MSK-nın kütləvi aksiyaların keçirilməsi üçün müəyyən etdiyi yerlərin 90 faizi Milli Şuranı qane etmir.

“MSK-nın müəyyən etdiyi yerlərə getmək üçün seçicilər azı 2 marşrut dəyişməlidir. Həmin yerlərin çoxu uçulmuş-sökülmüş yerlərdir. Milli Şura hesab edir ki, seçicilər namizədlərin deyil, namizədlər seçicilərin ayağına getməlidir. Bu səbəbdən də kütləvi aksiyalar seçicilər üçün rahat yerlərdə olmalıdır”, O.Gülalıyev qeyd edib.
XS
SM
MD
LG