Accessibility links

Milli Şuranın mitinqinin təşkilatçılarına xəbərdarlıq edilib


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Mitinq oktyabrın 12-də keçiriləcək

Bakı şəhər prokurorluğu Milli Şuranın oktyabrın 12-də keçiriləcək mitinqinin təşkilatçıları Mustafa Hacıbəyli və Rafiq Daşdəmirova xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev təşkilatçılara Bakı şəhər İcra Hakimiyyətinin sabah saat 16.00-dan 18.00-dək Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Kompleksinin Stadionunda prezidentliyə namizəd Cəmil Həsənlinin seçkilərin nəticələri ilə əlaqədar seçicilərlə görüş keçirilməsi üçün icazə verdiyi toplantıda «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun tələblərinə riayət olunmasını, ayrıseçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət olunmasını tövsiyə edib.
XS
SM
MD
LG