Accessibility links

Milli Şuranın mitinqi oktyabrın 27-də olacaq


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Məktub Bakı meriyasına yetişməyib. Buna görə Milli Şura oktyabrın 20-nə təyin etdiyi mitinqi təxirə salıb

Bu gün Milli Şura oktyabrın 27-də aksiya keçirmək üçün Bakı meriyasına müraciət ünvanlayıb. Bu barədə Amerikanın Səsinə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı bildirib.

Prezident seçkilərinin nəticələrinə etiraz olaraq, oktyabrın 20-də Milli Şuranın aksiya keçirməklə bağlı məktubunun Bakı meriyasına çatmaması qurumu belə addım atmağa vadar edib.

G.Aslanlı oktyabrın 20-də aksiya keçirməklə bağlı Bakı meriyasına müraciətini oktyabrın 14-də poçt vasitəsilə yola salıb. Buna dair qəbzi də var.

“Amma, görünür, “inkişaf” o qədər sürətlidir ki, müraciət 4 günə Bakı meriyasına çatmayıb”,- deyə Aslanlı baş verənlərə ironiya ilə münasibət bildirib.
XS
SM
MD
LG