Accessibility links

Milli Şura oktyabrın 27-də mitinq keçirəcək


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Aksiyada yeni prezident seçkiləri keçirilməsi tələb ediləcək

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın yeni prezident seçkiləri keçirilməsi tələbi ilə oktyabrın 27-də mitinq keçirməsinə razılıq verib. Bu barədə Amerikanın Səsinə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Mitinq Komitəsindən bildiriblər.

Aksiya saat 16.00-dan 18.00-a qədər Bakının Yasamal rayonunda (İnşaatçılar metro stansiyasının yaxınlığında) “Məhsul” stadionunda keçiriləcək.

Milli Şura 9 oktyabr prezident seçkilərinin nəticələrini tanımır və yeni seçkilərin keçirilməsi tələbi ilə qanunvericilik daxilində dinc mübarizəni davam etdirəcəyini bildirib.
XS
SM
MD
LG