Accessibility links

Qurum bununla bağlı müzakirə aparıb

Noyabrın 7-də Milli Şuraya daxil olan siyasi partiya liderləri və komissiya sədrlərinin toplantısı keçirilib.

Toplantıya Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli sədrlik edib. Toplantıda qurumun daha səmərəli fəaliyyət göstərməsi üçün
struktur dəyişiklikləri aparılması və təkmilləşdirilməsi yönündə müzakirələr keçirilib.

Bundan əlavə post-seçki dövründə qurumun fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Seçkinin nəticələri ilə razılaşmayan qurum bu yöndə mübarizənin davam etdirilməsi üçün tədbirlər hazırlanması ilə bağlı fikirlər bildirib.
XS
SM
MD
LG