Accessibility links

Milli Şura QHT-lərə dəstək verəcək


Cəmil Həsənli
Cəmil Həsənli

Qurum siyasi məhbuslar, prezident seçkiləri ilə bağlı ATƏT-in yekun rəyi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı müzakirə aparıb

Yanvarın 6-da Milli Şuranın sədr aparatının iclası olub.

Milli Şuranın mətbuat xidmətinin məlumatına görə, Cəmil Həsənlinin sədrliyi ilə keçirilən toplantıda prezident seçkilərinə dair ATƏT-in Yekun Rəyi ilə bağlı ictimai müzakirələrin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı yanvarın ikinci yarısında geniş toplantının keçirilməsinə hazırlıq məsələləri müzakirə edilib.

Həmçinin siyasi məhbusların müdafiəsi, "Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən dəyişikliklərin aradan qaldırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi ilə bağlı müzakirələr aparılıb.
XS
SM
MD
LG