Accessibility links

Partiya qurumu tərk etməsinin səbəbləri ilə bağlı bəyanatla çıxış edəcək

Müsavat Partiyası Milli Şuranı tərk edib. Bu barədə Amerikanın Səsinə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu bildirib.

Onun sözlərinə görə, Müsavat Partiyasının yanvarın 6-da keçirilən divanı Milli Şuranı tərk etmək barədə qərar qəbul edib.

Cavadoğlu partiyanın Milli Şuranı tərk etməsinin səbəblərindən danışmayıb. Yaxın saatlarda partiya bununla bağlı bəyanatla çıxış edəcək.

Milli Şura 2013-cü il 9 oktyabrda keçirilən prezident seçkiləri öncəsi yaranıb.

Belə ki, 28 may Respublika günü Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar müxalifət qüvvələrinin keçirdiyi bayram tədbiri bitdikdən sonra Açıq Cəmiyyət, Liberal, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi, Müsavat Partiyaları və EL Hərəkatı "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edib.

İyunun 7-də qurumun təsis yığıncağı keçirilib. Kinodramaturq Rüstəm İbrahimbəyov Milli Şuranın sədri seçilib.

İyulun 2-də Milli Şura Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Rüstəm İbrahuimbəyovun ölkəyə gəlməsi mümkün olmadığından avqustun 23-də Milli Şura Cəmil Həsənlinin də prezidentliyə namizədliyini irəli sürüb.

2013-cü il dekabrın 3-də Cəmil Həsənli Milli Şuranın sədri, Rüstəm İbrahimbəyov fəxri sədri seçilib. Bundan sonra Liberal və Açıq Cəmiyyət Partiyaları Milli Şuradan çıxıb.

Dekabrın 26-da Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən istefa verib.
XS
SM
MD
LG