Accessibility links

Milli Şura siyasi məhbusların azad edilməsini prioritet elan edib


Cəmil Həsənli

Cəmil Həsənli

Qurumun Koordinasiya Şurasının iclasında ictimai-siyasi vəziyyət müzakirə edilib

Demokratik Qüvvələrin Milli Şurası 2014-cü ildə siyasi məhbusların müdafiəsi və azadlığa çıxmasını prioritet hədəflərdən biri kimi müəyyən edib. Qurum siyasi məhbusların azad edilməsi sahəsində atılacaq addımlar barədə müzakirə aparıb.

Milli Şuranın mətbuat xidmətinin məlumatına görə qurumun Koordinasiya Şurasının yanvarın 22-də keçirilən ilk iclasında həmçinin ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib və Milli Şuranın fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Milli Şura demokratik seçki mühitinin yaradılması uğrunda mübarizəni əsas hədəflərindən biri sayır.

İclasda Qarabağ döyüşçüsü Zaur Həsənovun intihar olayı ilə bağlı 29 dekabr 2013-cü ildə keçirilən etiraz aksiyasında həbs edilən və cərimələnən ictimai fəallara, Qarabağ döyüşçülərinə hüquqi dəstək göstərmək, o cümlədən cərimələrin ödənilməsində çətinliklə üzləşənlərə yardım etmək üçün marafon keçirməyə qərar verilib.

Milli Şura milli lider M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı 28 yanvarda konfrans keçirəcək və yanvarın 31-də saat 12-də Rəsulzadənin Novxanıdakı abidəsinə ziyarət törəni təşkil edəcək.
XS
SM
MD
LG