Accessibility links

Milli Şura manatın çapında rüşvət faktının araşdırılmasını tələb edir


Azərbaycan manatı

Azərbaycan manatı

Vyana məhkəməsi Azərbaycan manatın çapı zamanı rüşvət faktına baxır

Azərbaycan manatının Avstriyada çap olunması ilə bağlı rüşvət faktına görə Milli Şuranın çərşənbə günü keçirilən sessiyasında Baş Prokurorluğa müraciət olunması qərara alınıb.

Manatın çap olunmasında korrupsiya faktı ilə bağlı Vyanada artıq bir neçə gündür məhkəmə prosesi başlanıb.

2005-2011-ci illərdə manatın bu ölkədə çap olunması ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) ilə danışıqlar aparan Avstriya Mərkəzi Bankının törəmə “OeBS” şirkəti məhkəmədə cavab verir.

Məhkəmə araşdırmalarına görə çap edilən manat kütləsinin 20%-i rüşvət olaraq Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə verilib. Pulların plastik “meşoklar”da Azərbaycana gətirildiyi qeyd olunur.

Milli Şura bu məsələ ilə bağlı Azərbaycanın Baş Prokurorluğundan Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə olan iddiaların araşdırılmasını tələb edir.
XS
SM
MD
LG