Accessibility links

Milli Şura siyasi məhbuslar və işgəncələrlə bağlı dinləmələr keçirib [Video]


Milli Şura siyasi məhbuslar və işgəncələrlə bağlı dinləmələr keçirib
please wait

No media source currently available

0:00 0:02:57 0:00
Direct link

Milli Şura siyasi məhbuslar və işgəncələrlə bağlı dinləmələr keçirib

Dinləmələrin mərkəzi xəttini ölkədə demokratiyanın və insan azadlıqlarının avtoritarizmə qalib gələcəyi təşkil edib

Mayın 14-də Milli Şura ölkədə siyasi məhbuslar və işgəncə faktları ilə bağlı dinləmələr keçirib.

Dinləmələrin mərkəzi xəttini ölkədə demokratiyanın və insan azadlıqlarının avtoritarizmə qalib gələcəyi təşkil edib. Avtoritar, totalitar rejimlər çökməkdədir və artıq keçmiş SSRİ-nin sərhədlərinə yaxınlaşır. Amma İlham Əliyev Qəzzafinin, Yanukoviçin, Əsədin taleyindən səhv nəticə çıxarır, islahatlar əvəzinə həbslərə və işgəncələrə yer verir.

Dinləmələrdə Milli Şuranın üzvləri, hüquq müdafiəçiləri beynəlxalq təşkilatların və bir sıra səfirliklərin nümayəndələri iştirak edib.

Sülh və Demokratiya İnstitutunun siyahısına görə hazırda ölkədə 138 siyasi məhbus var.

“Hər il saxlanma yerlərində azı 8-10 insan işgəncə nəticəsində dünyasını dəyişir. Buna parlaq nümunə Novruzəli Məmmədovun ölümüdür. Atasının ölümündən sonra iki oğlu da dünyasını dəyişdi”, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus qeyd edib.

L.Yunus son günlər özünün və həyat yoldaşının da işgəncələrə məruz qaldığını bildirib.

“Məhkəmə qərarı olmadan hava limanında saxlandıq. Qanunsuz olaraq evimdə, ofisimdə axtarış apardılar. Həyat yoldaşım Arif Yunus bu işgəncələrin nəticəsində xəstəxanaya düşüb”, o qeyd edib.

Dinləmələrdə hökumətin jurnalist Rauf Mirqədirovu həbs etməklə və AXCP fəalı Kəmalə Bənənyarlıya işgəncə verməklə qırmızı xətti keçdiyi diqqətə çatdırılıb.

“Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlayır. Ölkə Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Xüsusi ilə də insan hüquqları, siyasi məhbuslar, işgəncə, qeyri-insani rəftar və başqa öhdəlikləri yerinə yetirməyib”, Yunus bildirib.

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, siyasi məhbusların yarıdan çoxu narkotik ittihamı ilə həbs olunub. Onun sözlərinə görə, siyasi həbslər İlham Əliyev tərəfindən sifariş edilir və bu səbəbdən də hüquq mühafizə orqanları insanları can-başla, qanunvericiliyə əməl etmədən həbs edir.

“Siyasi motivlərlə həbs edilənlərin heç biri qanunsuzluğa yol verməyib. Onların həbsi üçün heç bir hüquqi əsas yoxdur. Siyasi məhbusların əksəriyyəti ictimai-siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər və dindarlardır. İndi yeni siyasi məhbus növü də icad ediblər “layk məhbusları”. Gülməlidir, mənim prezidentliyə namizədliyimi facebook-da “layk” edən kənddə yaşayan gənc bloger həbsə alınıb, narkotik ittihamı ilə 5 il azadlıqdan məhrum edilib”, Həsənlıi qeyd edib.

Çıxışlarda Azərbaycan hakimiyyətinin Avropaya inteqrasiyanın əleyhinə olduğu bildirilib.

“Siyasi məhbusların demək olar ki, hamısı Avrointeqrsaiya tərəfdarlarıdır. Rusiya tərəfdarı olan bir nəfər belə həbs edilməyib”, REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı rişxəndə deyib.

AXCP sədri Əli Kərimli Azərbaycan hakimiyyətinin Ukrayna böhranından sonra ölkədə repressiyaları daha da gücləndirdiyinə işarə edib. Hakimiyyət düşünür ki, qərbin enerji tələbatının artdığı bir vaxtda onun ölkədə apardığı həbs və işgəncələrə göz yumulacaq.

“Biz hökumətin repressiyalarla məqsədinə nail olmayacağı mesajını verməliyik. Həbslərə, repressiyalara baxmayaraq mübarizəmizi daha da dərinləşdirməliyik”, o bildirib.

Müzakirələrdə repressiyaların ayrı-ayrı şəxslərə qarşı deyil, bütövlükdə cəmiyyətə yönəldiyi bildirilib. Repressiyalar qanunsuzluq, korrupsiya və rüşvətlə mübarizə aparanlara qarşı yönəlib.

“Ölkədə dindar və ya qeyri dindar, siyasi mənsubiyyəti olan və olmayan hər bir şəxs repressiya qurbanıdır. Bir sözlə ləyaqətlə yaşamaq istəyən hər bir şəxsin problemi var”, DEVAM rəhbəri İlqar İbrahimoğlu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG