Accessibility links

Milli Şura ictimai-siyasi durumu müzakirə edib [Video]


Milli Şuranın sessiyası (Foto Ramin Dekonundur)

Milli Şuranın sessiyası (Foto Ramin Dekonundur)

Qurumun üzvləri Bakının azad olunmasının 96-cı ildönümü münasibətilə türk əsgərlərinin abidəsini ziyarət edib

Sentyabrın 14-də Demokratik Qüvvələrin Milli Şuranın növbəti sessiyası keçirilib. Sessiyada Milli Şuraya 8 nəfər yeni üzv qəbul olunub.

İclasda mövcud ictimai-siyasi, geosiyasi durum, o cümlədən Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub. Azərbaycan hakimiyyətinin son dövrlər qeyri-hökumət təşkilatlarına və hüquq müdafiəçilərinə qarşı təzyiqləri pislənib.

Milli Şuranın sədri Cəmil Həsənli son dövrlər ölkədə vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə, QHT liderlərinə qarşı təzyiqlərin artığını bildirib. Onun sözlərinə görə siyasi məhbusların sayı durmadan artır. “Artıq 107 nəfər siyasi məhbus var, onların 9 nəfəri Milli Şuranın üzvüdür”, o qeyd edib.

Həsənli demokratik qüvvələrin gələn il keçiriləcək parlament seçkilərində vahid aparıcı qüvvə kimi iştirak edəcəyini bildirib. Onun fikrincə bu səbəbdən demokratik qüvvələri zəiflətmək istəyirlər. “Amma əksinə Milli Şuranın tərəfdarları durmadan artır”.

AXCP sədri Əli Kərimli də hakimiyyətin repressiv siyasətini

kəskin tənqid edib. O bildirib ki, hakimiyyətin siyasətinin əksinə olaraq Milli Şura daha da güclənməkdədir. “Bu gün Milli Şuraya 8 yeni üzv qəbul edilib və bu tendensiya davam edəcək. Hakimiyyətin repressiv hərəkətləri özünə qarşı yönəlib, ictimai narazılıq sürətlə artmaqdadır”, o qeyd edib.

İbrahim İbrahimli Rusiyanın Ukrayna ilə bağlı siyasətinin iflasa uğradığını diqqətə çatdırıb. “NATO-nun son zirvə toplantısı Ukraynaya dəstəyin daha da güclənəcəyini bir daha sübut etdi. Rusiya sanksiyalar və qərbin təzyiqi nəticəsində geri çəkilməyə məhkumdur. Bu isə MDB regionunda demokratiyanın güclənməsinə, avtoritarizmin geri çəkilməsinə səbəb olacaq”, o bildirib.

Sessiyda ölkədə ictimai-siyasi durumla bağlı Azərbaycan xalqına müraciət də müzakirə edilib və yaxın günlərdə elan ediləcək.

Milli Şura türk əsgərlərinin abidəsini ziyarət edib (Foto Ramin Dekonundur)

Milli Şura türk əsgərlərinin abidəsini ziyarət edib (Foto Ramin Dekonundur)

Milli Şura sentyabrın 14-də həmçinin Bakının daşnak-bolşevik işğalından azad olunmasının 96-cı ildönümü münasibətilə Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Abidənin önünə Milli Şura adından əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Milli Şuranı sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli abidənin önündə qısa nitq söyləyib.

XS
SM
MD
LG