Accessibility links

Milli Şura oktyabrın 12-də mitinq keçirmək qərarı verib


Milli Şuranın mitinqi

Milli Şuranın mitinqi

Sentyabrın 30-da Demokratik Qüvvələrin Milli Şurası “Siyasi məhbuslara azadlıq! Repressiyalara son!” tələbi ilə mitinq keçirmək barədə qərar qəbul edib.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, mitinq oktyabrın 12-də saat 3-də, Yasamal rayonundakı Məhsul stadionunda keçiriləcək. Mitinqin keçirilməsi şəhər icra hakimiyyəti ilə razılaşdırılacaq.

AXCP sədrinin fikrincə ölkənin işıqlı insanlarına - siyasətçilərə, ziyalılara, vətəndaş cəmiyyəti fəallarına, gənclərə, inanclı insanlara qarşı repressiyalar o qədər genişlənib ki, artıq susmaq mümkün deyil. “Haqsızlıq, zorakılıq… həddini o qədər aşıb ki, təkcə yazmaq, qınamaq kifayət deyil. Meydanlara çıxmaq lazımdır!

Mitinqin əsas tələbi də heç siyasi tələb deyil, insanlıq tələbidir. “Siyasi məhbuslar azad edilsin!” tələbini bölüşən hər bir şəxs mitinqə dəvətlidir.

Bu mitinqin keçirilməsi haqda qərar hansısa siyasi hesablamaların deyil, vicdanımızın səsidir. Vicdan borcumuzu yerinə yetirək, əsassız yerə həbs olunan, təqib edilən insanlara arxa duraq!”, deyə o Facebook səhifəsində qeyd edib.

XS
SM
MD
LG