Accessibility links

Milli Şura mayın 3-nə mitinq təyin edib


Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib

Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib

Demokratik Qüvvələrin Milli Şurası mayın 3-nə “Talana son!” şüarı ilə mitinq təyin edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Aksiya fevralda milli valyutanın devalvasiyasından sonra əhaliyə dəyən zərərin ödənilməsi tələbi ilə keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndəriib.

“İşlər belə davam etsə, aparılan siyasət durdurulmasa, manatın növbəti devalvasiyası da qaçılmaz olacaq. Qiymətlər daha da artacaq. Dövlət rezervləri tükənəcək, iqtisadiyyata investisiya qoyuluşu kəskin azalacaq, bütün sahələrdə, xüsusilə də yanacaq, tikinti və bank sektorunda böhran dərinləşəcək. Bütün bunların fonunda isə monopoliya, korrupsiya, israfçılıq davam edəcək. Amma bunlar olmaya da bilər. Biz millət olaraq bu prosesi durdura bilərik. İlk addım kimi 3 may, saat 15:00-da “Məhsul” stadionunda Milli Şuranın keçirəcəyi (razılaşdırılmış) mitinqə gəlin, bu siyasətdən narazı olduğunuzu hökumətə çatdırın”, AXCP sədri qeyd edib.

XS
SM
MD
LG