Accessibility links

Demokratik Qüvvələrin Milli Şurası bir daha hakimiyyəti ölkədə həyata keçirdiyi repressiyaları durdurmağı, həbs olunanları azadlığa buraxmağı, xalqı dinləməyi, sosial- iqtisadi problemlərin həlli istiqamətində təxirə salınmaz tədbilər görməyi tələb edir. Bu barədə qurumun yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq Azərbaycan hakimiyyəti həbsdə olan 100- dən artıq siyasi məhbusu azadlığa buraxmaq əvəzinə onların sıralarına yenilərini əlavə edir.

“Aparılan araşdırmalar göstərir ki, orta hesabla elə ay olmur ki, bir neçə nəfər ictimai-siyasi fəal fəaliyyətinə görə şərlənib həbs olunmasın. Təəsüflə qeyd etmək lazımdır ki, son zamanlar ölkədə repressiyaların yeni dalğası başlayıb. Apardığı yanlış, yarıtmaz, səriştəsiz sosial-iqtisadi siyasət nəticəsində xalq arasında büs-bütün nufuzunu və dayaqlarını itirən hakimiyyət öz varlığını qorumaq üçün yeganə çıxış yolu kimi repressiyalara əl ataraq vətəndaşları qorxutmaq yolunu seçib. Son bir neçə həftədə həbs olunanların siyahısına nəzər yetirdikdə bu tendensiyanın bir daha şahidi oluruq”, Milli Şura qeyd edir.

Sonra sənəddə son günlərdə həbsə alınan fəalların adları sadalanır.

Öz növbəsində, Azərbaycan hakimiyyəti bir qayda olaraq vətəndaşların qanun qarşısında bərabər olduğunu və heç kimin əqidəsinə, fikrinə görə həbs edilmədiyini bildirir.

Bununla yanaşı, yerli və beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda 29-dan 100-dək siyasi məhbusun olduğunu bildirir. Amnesty İnternational 30-dan çox insanı “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG