Accessibility links

Millət vəkili Rəfayel Hüseynov:”Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı üçün ekspozisiya hazırdır”

Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığındakı Şempat kəndində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Sloveniyada səfərdə olan millət vəkili Rəfayıl Hüseynov Amerikanın səsinə bildirib ki, muzeyin açılışı üçün ekspozisiya artıq hazırdır. O bildirib ki, muzeyin ekspozisiyası üçün əşyaların böyük hissəsi Azərbaycandan gətirilib. Muzeyin açılışı gələn həftəyə planlaşdırılıb. Xatirə muzeyinin açılışı üçün Mehdi Hüseynzadə haqda ingilis, Sloveniya və Azərbaycan dillərində “İki xalqın övladı” adlı kitab da nəşr edilib. Kitabın müəllifi yazısı-publisist, millət vəkili Rəfayel Hüseynovdur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG