Accessibility links

Pekində dərc olunan hesabata görə, Çində milyarderlərin sayı 300-ü ötüb.

Hurun Report-un 2013-cü il Çin Varlı Siyahısında ölkədə milyarderlərin sayının ilk dəfə 300-ü aşaraq, 315 olduğu deyilir.

Hurun Report dərcindən məsul Rupert Hoogeverfin Amerikanın Səsinə bildirdiyinə görə, Çində iqtisadi yavaşımaya baxmayaraq bu güclü bir trenddir.

Siyahıdakı milyarderlərin sərvətlərinin əsas qaynağı daşınmaz əmlək olduğu bildirilir. Bu sektorda qiymətlərin son vaxtlar artdiği müşahidə edilib.

Daşınmaz əmlak maqnatı Vanq Cianlini 22 milyard dollarlıq sərvətlə Çinin ən varslı insanı adlandırıb.

Vanqın şirkəti Dalian Vanda Qrupu, mehmanxanalar, kinoteatrlar və univermaqlar kimi bizneslərə malikdir. Keçən il şirkət ABŞ kinoteatr zənciri AMC-ni alıb.

Çinin ən varlı 1000 adamının yarıdan çoxu sərvətlərində keçən il artım olduğu bildirilir.
XS
SM
MD
LG